SEO xidməti onlayn mühitdə uğur qazanmaq istəyən bütün bizneslər üçün əvəzolunmazdır. Bugünkü rəqəmsal dünyada bir vebsaytın sadəcə mövcud olması kifayət etmir,həmçinin axtarış motorlarında (Google, Bing və s.) yuxarı sıralarda görünməsi vacibdir. Bu isə düzgün şəkildə həyata keçirilmiş SEO optimizasiya ilə mümkündür

SEO nədir?

SEO (Search Engine Optimization) – Axtarış Motorunun Optimizasiyası, vebsaytların axtarış motorlarında daha yüksək mövqelərə çatması üçün həyata keçirilən texniki və məzmun yönümlü təkmilləşdirmələr toplusudur. Bu proses həm sayt daxili (on-page SEO xidməti), həm də sayt xarici (off-page SEO xidməti) tədbirləri əhatə edir.

Niyə SEO xidmeti vacibdir?

Google axtarış nəticələrində birinci mövqe orta hesabla 27% klik payına malikdir. Yəni istifadəçilərin əksəriyyəti yalnız ilk səhifədəki nəticələri nəzərdən keçirir və ikinci səhifəyə keçid etmirlər. Əgər saytınız ilk səhifədə yer almırsa, bu o deməkdir ki, potensial müştərilər sizi görmür və rəqiblərinizə yönəlir.

SEO xidməti sizə nə verir:

  • Orqanik trafik artımı
  • Brendin tanınması
  • Daimi və hədəfli müştəri axını
  • Uzunmüddətli nəticələr

Peşəkar SEO xidməti nələri əhatə edir? 

Peşəkar SEO xidmətləri, sadəcə açar söz əlavə etmək və ya backlink almaqla məhdudlaşmır. Əslində bu xidmətlər 3 əsas istiqamətdə həyata keçirilir: Texniki SEO, On-page SEO və Off-page SEO. 

 1. Texniki SEO xidmeti

Texniki SEO saytın strukturunun və arxa plan funksionallığının axtarış motorlarına uyğun optimallaşdırılmasını təmin edir. Buradakı məqsəd — axtarış motorlarının saytınızı rahatlıqla oxuya bilməsi və indeksləyə bilməsidir.

Əhatə etdiyi xidmətlər:

  • Sayt sürəti optimizasiyası – Saytınızın yüklənmə müddətini azaltmaq üçün kod, şəkil və server düzəlişləri edilir.
  • Mobil uyğunluq testi və düzəlişlər – Mobil cihazlarda istifadəçi təcrübəsini artırmaq üçün dizayn və UX təkmilləşdirilir.
  • SSL sertifikatının qurulması və yoxlanması – HTTPS təmin olunur, təhlükəsizlik artırılır.
  • URL strukturu təmizlənməsi – SEO dostu URL-lər yaradılır: qısa, aydın və açar söz tərkibli.
  • Robots.txt və sitemap.xml – Axtarış motorlarına hansı səhifələrin indekslənəcəyini bildirən faylların optimallaşdırılması.
  • Crawl və index problemlərinin aradan qaldırılması – Google Search Console üzərindən texniki səhvlərin təhlili və düzəldilməsi.

 2. On-page SEO xidməti

On-page SEO vebsaytın özündə həyata keçirilən optimallaşdırma işləridir. Bu hissə həm istifadəçiyə, həm də axtarış motorlarına saytın dəyərli və əlaqəli məzmun təqdim etdiyini göstərməyə xidmət edir.

Əhatə etdiyi xidmətlər:

  • Açar söz analizi və yerləşdirilməsi – Mövzuya uyğun açar sözlər araşdırılır və məzmunun təbii axını içində yerləşdirilir.
  • Meta başlıq (title) və meta təsvir (description) – Google nəticələrində saytınızın necə göründüyünü müəyyən edən hissələrin optimizasiyası.
  • Başlıqların strukturu (H1-H6) – Düzgün başlıq quruluşu ilə məzmunun oxunaqlılığı və SEO dəyəri artırılır.
  • Daxili link strukturu – Sayt daxilində digər səhifələrə linklər verilir, bu həm istifadəçiyə yön verir, həm də Google-un indekslənməsini asanlaşdırır.
  • Şəkil optimizasiyası – Şəkillərə alt text (alt attribute) əlavə olunur, ölçülər optimallaşdırılır.
  • Rich Snippet və strukturlu məlumatlar (schema markup) – Saytın Google nəticələrində zəngin formada (ulduz reytinqi, qiymət, sual-cavab və s.) görünməsi təmin edilir.

Məzmunun yenilənməsi və optimallaşdırılması – Mövcud yazılar təkrar gözdən keçirilir və SEO baxımından gücləndirilir.

 2. Off-page SEO xidməti

Off-page SEO, sayt xaricində görülən, amma saytınızın nüfuzuna və axtarış nəticələrindəki mövqeyinə təsir edən tədbirlər toplusudur. Əsas məqsəd — Google gözündə saytın etibarlılığını artırmaqdır.

Əhatə etdiyi xidmətlər:

  • Backlink strategiyası – Keyfiyyətli və tematik uyğunluğu olan saytlardan saytınıza linklər alınır.
  • Guest post yazıları – Sektora aid digər bloglarda və portallarda məqalələr paylaşılaraq backlink əldə edilir.
  • Sosial siqnallar – Sayt məzmununun sosial şəbəkələrdə paylaşılması və paylaşımların təbliği.
  • Online reputasiya idarəsi – Rəqəmsal imicinizin gücləndirilməsi, neqativ rəylərin idarə olunması.
  • Forum və kataloq qeydiyyatları – Reputasiyası olan forum və kataloqlarda biznes qeydiyyatları və link yerləşdirmə.

Bizneslər üçün SEO xidməti 

Hansı sektorda olmağınızdan asılı olmayaraq – istər restoran, istər e-ticarət, istər xidmət sahəsi – SEO xidməti brendinizi irəli aparır. Bizneslər üçün SEO xidməti rəqiblərinizdən fərqlənmək, lokal və qlobal bazarda yer almaq üçün əvəzolunmaz vasitədir.

SEO xidməti seçərkən nələrə diqqət yetirilməlidir? 

SEO — uzunmüddətli nəticə verən, lakin eyni zamanda düzgün yanaşma tələb edən bir prosesdir. Əgər qeyri-peşəkar şəkildə həyata keçirilərsə, həm vaxt, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşə bilərsiniz. Buna görə də SEO xidməti seçərkən təkcə qiymətə deyil, agentliyin təcrübəsinə, yanaşmasına və şəffaflığına xüsusi diqqət yetirilməlidir.

SEO sahəsində edilən ən çox yayılmış səhvləri və onlardan necə qaçınmağı öyrənmək üçün buradakı blog yazımızı oxuya bilərsiniz. 

Aşağıdakı meyarlar düzgün seçim üçün əsas göstəricilərdir:

  • Agentliyin əvvəlki nəticələri və real uğur nümunələri
  • Aylıq hesabat və davamlı analizlərin təqdim olunması
  • Müştəri rəyləri və tövsiyələrin etibarlılığı
  • Strategiyanın şəffaflığı və biznesə uyğun fərdiləşdirilməsi
  • Texniki optimizasiya və keyfiyyətli məzmun dəstəyi

Əgər siz də saytınızın Google axtarışında ilk səhifədə görünməsini, satışlarınızın və onlayn mövcudluğunuzun artmasını istəyirsinizsə, OnDigital komandası olaraq sizə ehtiyaclarınıza uyğun peşəkar SEO xidməti təqdim etməyə hazırıq.