SEO hər bir ciddi biznesin məşğul olmalı olduğu bir rəqəmsal marketinq fəaliyyətidir. Müştərilərinizin sizi daha rahat tapması, sizə məhsullarınızla ən çox maraqlanan müştərilərin yazmasını təmin etmək üçün saytınızda düzgün SEO tətbiq edilməlidir.

Bu yazımızda SEO prosesində ölkəmizdə edilən ən böyük səhvlərdən və onlardan yayınma yollarından bəhs edəcəyik. Gəlin elə ilkindən başlayaq!

Saytın yanlış qurulması

İnsanlar əksər hallarda sayt hazır olduqdan sonra SEO mütəxəssislərinə müraciət edirlər. Elə ilk səhv də burdan başlayır. SEO sayt hazırlanmazdan öncə nəzərə alınmalıdır və saytın əsas URL quruluşu əvvəlcədən hazırlanan bir struktur əsasında qurulmalıdır.

Sayt strukturu yanlış qurulduqda indek-dən çıxan səhifələrin dəyişməsini göstərən ekran şəkli

Yuxarıdakı nümunədə saytın düzgün URL strukturu olmadığı zaman tez-tez qarşılaşa biləcəyiniz bir mənzərədir.

strukturu düzgün qurulmayan bir saytda redirect və 404 saylarının artımını göstərən ekran şəkli

Sayt plansız formada qurulur, sonra struktur dəyişdirilir, redirect edilir və yenidən eyni proses təkrarlanır.

SEO səhvi edilən zaman saytın indekslənmə problemini əks etdirən ekran şəkli

Nəticədə gördüyünüz kimi sayt “crawl” olunur, ancaq indekslənmir. Bu SEO səhvi külli miqdarda vaxt və pul itkisinə səbəb olur, üstəlik şirkət öz potensialına çata bilmir.

Belə SEO səhvləri ilə qarşılaşamamaq üçün saytın qurulmasından əvvəl SEO mütəxəssisləri ilə məsləhətləşməli və düzgün texniki tapşırıqlar yazmalısınız.

Açar söz araşdırması etməmək

SEO səhvlərindən ən çox gözə çarpan bir digəri də heç bir araşdırma etmədən yüksək nəticələr gözləməkdir.

Açar söz araşdırması sizə insanların nələri axtardığı haqqında məlumat verir. Bunun əsasında siz öz biznesinizi və təkliflərinizi müştərilərə çatdıra bilərsiniz.

Məsələn, tutaq ki siz vergi konsultasiyası və mühasibatlıq xidmətləri göstərirsiniz.

O zaman remote işdə çalışan insanlar sizin əsas hədəf kütlənizin tərkibində olmalıdır.

Ölkəmizdə ciddi bir kütlə hazırda remote işlərdə çalışır və onların böyük əksəriyyəti də vergi xidmətlərindən yararlana biləcək potensial müştərilərdir.

"remote iş və vergi" açar sözü zamanı çıxan axtarış səhifəsi nəticələri

Ancaq nümunəyə baxdıqda görürük ki, bu mövzu ilə bağlı bloq yazanların sayı çox azdır.

bir saytın bloq hissəsindən nümunə ekran şəkli

[Mənbə: VOEN.az]

Voen.az saytının nümunəsinə baxdıqda görürük ki, onlar bir çox mövzuda bloqlar yazıblar, lakin bu mövzu haqqında heç bir bloq yoxdur.

Açar sözünü düzgün etməmək kimi SEO səhvinə yol verməmək üçün ilk növbədə SEMRush və ya Ahrefs kimi platformalardan istifadə edərək açar söz araşdırması etmək lazımdır.

Digər bir üsul isə, Search Console-dan istifadə etməkdir.

Search Console vasitəsilə düzgün açar sözləri tapmaq üçün ilk öncə “Performance” hissəsinə gəlib “New” vururuq.

search console-da "+new" düyməsinin qırmızılandığı ekran şəkli

Daha sonra açılan pəncərədə “Page” seçib araşdırma etmək istədiyimiz URL-i bura daxil edirik (link öz saytınızdan olmalıdır).

search console daxilində "Page filter" hissəsinin ekran şəkli

Daha sonra isə apply düyməsinə klikləyirik.

spesifik bir səhifə üçün search console-dakı açar sözlərin göstərildiyi ekran şəkli

Aşağılara doğru düşdükdə impression-u az olan açar sözlər qarşınıza çıxır.

Bu açar sözlər Google-un nəzərində sizin səhifənin müəyyən dərəcədə yaxınlığı olan, lakin tam uyğun olmayan axtarışlardır.

Bu axtarışları kateqoriyalaşdıraraq siz, yeni açar sözlər tapa və ən böyük SEO səhvlərinin birindən sığortalana bilərsiniz.

SEO Planı Qurmamaq

SEO sistematik yanaşma gərəktirən bir prosesdir.

Sadə açar söz araşdırması əksər hallarda kifayət etmir.

Əvəzində, daha detallı bir yanaşma ortaya qoymaq lazımdır.

Ölkəmizdə edilən SEO səhvlərindən biri də belə bir yanaşmanın olmamasıdır.

Xaricdə bir çox nümunədə aşağıdakı kimi diaqramlar və fayllar hazırlanır.

Və SEO prosesləri bunun əsasında aparılır.

"topical map" - mövzu xəritəsinin miqyasını göstərən ekran şəkli

[Mənbə: LinkedIn]

Gördüyünüz kimi, daha kontent yazılmağa başlamadan, hansı kontentlərin yazılacağı, onların hansı açar sözləri hədəflədiyi əvvvəlcədən müəyyən edilib.

OnDigital olaraq hazırladığımız kontent şablonunu nümunəsi

Bu OnDigital komandası olaraq divar kağızları mövzusunda hazırladığımız bir SEO plandır.

Burada hansı kontentlərin yazılacağı, onların strukturlarının necə olması, hətta hər bir hissədə istifadə ediləcək açar sözlər belə əvvəlcədən müəyyən edilib.

Belə bir yanaşma SEO-nun tam özünü doğrultması və inkişaf etməsi üçün mütləq tələbdir.

Lakin, təəssüf ki, ölkəmizdə böyük bir səhvə yol verilir və SEO plan qurulmur.

Əgər siz bu SEO səhvini etməmək və planlı hərəkət etmək istəyirsinizsə, ilk öncə aşağıdakı suallara cavab verərək başlaya bilərsiniz:

  1. Sizin biznesiniz insanlara nə təklif edir?
  2. Bu təklifiniz insanların hansı problemini həll edir?
  3. Müştəriləriniz sizdən hansı xidmətləri gözləyirlər?
  4. Bu xidmətləri axtaran insanlar hansı açar sözlərdən istifadə edirlər?
  5. Bu mövzuda məqalə oxuyan insanların ağlına hansı suallar gələ bilər?

Belə bir araşdırma ilə, siz sadə bir SEO plan qurmaq üçün lazım olan əsas məsələləri həll edirsiniz. Bundan sonrası üçün isə, peşəkar SEO mütəxəssisləri ilə işləmək lazımdır.

Kontent yazmamaq

20-dən çox veb saytı analiz etdikdən sonra deyə bilərik ki, edilən ən böyük SEO səhvlərindən biri də, sayt qurulduqdan sonra ümumiyyətlə kontent yazmamaqdır.

Kontent yazılması təkcə sizi daha çox insanın qarşısına çıxarmır, həm də Google-a saytınızın aktiv olduğunu göstərir.

Dünyada bizneslər bağlanır və yerinə yeni bizneslər yaranır.

Google, təbii ki, hansı bizneslərin açılıb bağlandığını bilə bilməz.

Əvəzində isə, kontentlərin yenilənməsi və yeni kontentlərin yazılması kimi faktorları nəzərə alaraq, Google botları saytın aktiv olub-olmadığına qərar verirlər.

Bu qərarın nəticəsi əsasında da, saytın sıralaması dəyişir.

Məsələn, nümunə üçün certux.az adlı bir sayta baxaq.

bir bloqdan ekran şəkli

[Mənbə: Certux.az]

Bu saytda ən son kontent ötən ilin Fevral ayında paylaşılıb.

Saytın aktiv olmaması səbəbindən, “ISO 22000:2018 beynəlxalq standartı” axtarışında ilk 3 sırada yer almır.

"ISO 22000:2018 beynəlxalq standartı" açar sözü ilə axtarış edən zaman çıxan Google nəticələrini göstərən ekran şəkli

Hətta ilk 2 sıranı eyni saytın kontentləri tutur.

Ancaq rəqiblər aktiv şəkildə kontent yazsa idilər, burada gördüyümüz tamam fərqli olardı.

Kontent yazmamaq bir SEO səhvidir.

Lakin bu səhvi aradan qaldırmaq kifayət qədər asandır.

Əgər siz mütəmadi olaraq kontent yazsanız, Google bunu görəcək və biznesinizin fəaliyyətdə olduğunu başa düşərək sizi ön sıralarda çıxarmağa başlayacaq.

Açar sözlərdən həddən çox istifadə etmək

Azərbaycandakı saytların və mütəxəssislərin etdiyi ən böyük SEO səhvlərindən biri də açar sözlərdən həddən artıq istifadə, yəni keyword stuffing-dir.

Doğrudur, bir neçə il öncəsinə qədər “stuffing” dediyimiz bu yanaşma kifayət qədər yaxşı işləyirdi.

Lakin 2018-ci ildəki Google yeniliklərindən sonra sistemlər açar sözlərdən həddən artıq istifadəni çox rahat tutmağa başladılar.

Google inkişaf etdi, biz isə köhnə praktikalardan əl çəkmədik.

Bir bloqda "ingilis dili" sözünün həddən artıq istifadəsi ilə stuffing və SEO səhvi edildiyini göstərən nümunə ekran şəkli

[Mənbə: Azstudy.az]

Burada da gördüyünüz kimi, kontentdə açar sözlərdən həddən artıq istifadə etmək bizə müsbət yox, mənfi təsir göstərir.

Bundan əvvəlki ekran şəklində bəhs edilən bloqunun adının göstərildiyi ekran şəkli

[Mənbə: Azstudy.az]

"İngilis dilini necə tez öyrənmək olar" axtarışında çıxan Google nəticələrini əks etdirən ekran şəkli

Gördüyünüz kimi, biz məqalənin adını birbaşa axtarışa verdiyimiz zaman belə, həmin yazılan kontent axtarışlarda görünmür.

Açar sözlərin həddən artıq istifadəsi – yüksək açar söz sıxlığı – ciddi bir SEO səhvidir və ən qısa müddətdə aradan qaldırılmalıdır.

Kontentdə açar söz sıxlığını hesablamaq üçün bir neçə formula var, lakin bunlardan ən rahatı aşağıdakı kimidir:

Açar söz sıxlığı = 100 * (Açar söz istifadə edilən cümlələrin sayı / Kontentdəki cümlələrin ümumi sayı)

SEO-ya davamlı vaxt ayırmamaq

SEO mütəmadi məşğul olmalı olduğunuz bir prosesdir.

Lakin bir çox biznes buna vaxt ayırmır.

Düşünürlər ki, bir dəfə nəticə gəldikdən sonra bu, daimi olacaq.

Və heç bir problemlə qarşılaşmayacaqlar.

Bu yanlış SEO praktikasıdır.

SEO-ya davamlı vaxt ayırmamaq kimi bir SEO səhvinin nəticəsini göstərən sayt qrafiki

Tez-tez edilən bu SEO səhvinin nəticəsi də bu olur.

Traffik bir müddət artmağa davam edir.

Müştərilər gəlir.

Lakin bir müddət sonra bütün göstəricilər aşağı düşməyə başlayır.

Traffik də azalır, müştərilər də.

Buna görə SEO daimi edilməlidir.

Tez-tez Google yeniliklər edir.

İnsanların da axtarışları və vərdişləri dəyişir.

Ötən ilin bu vaxtlarında heç kim deməzdi ki, “Trendyol gəl al” açar sözü axtarışlarda artmağa başlayacaq.

"gəl al" açar sözləri ilə filterlənmiş açar sözlərinin göründüyü bir search console ekran şəkli

Bazar dəyişikliklərinə vaxtında cavab vermək üçün SEO-ya davamlı vaxt ayırmaq lazımdır.

Açar söz araşdırması, kontent strukturunun yenilənməsi və daxili linkləmənin nəzərdən keçirilməsi biznesinizin bu SEO səhvindən yan keçməsinə səbəb ola bilər.

Daxili linkləmənin edilməməsi

SEO mütəxəssislərinin etdiyi əsas səhvlərdən biri də daxili linkləmə məsələsidir.

Daxili linkləmə kifayət qədər vaxt, analiz və düşüncə tələb edən çətin bir məsələdir.

Hər bir link həm səhifələr arasında uyğunluğu artırmalı, həm də biznesin hədəflərinə çatmasına dəstək olmalıdır.

Belə olmadığı təqdirdə, daxili linkləmə bir SEO səhvi olaraq qalır və inkişafa mane olur.

Daxili linkləmə birinə yer başa salmaq kimidir.

Siz deyirsiniz: “Buradan düz get, sağa dön, filan mağazanı görəndə tindən burul görəsən”

Sadəcə burada bunu bir insana yox, bir robota izah etməlisiniz.

Daxili linkləmə edən zaman həm link verəcəyiniz səhifəni tapmalı, həm də düzgün açar sözdən istifadə etməlisiniz.

Link verərkən linkləyən və linklənən səhifələrin traffiki, söz sayı, istifadəçilərin saytda qalma müddəti kimi faktorlar nəzərə alınmalıdır.

Normal səhifələrə 1-2, İrəli çıxarmaq istədiyiniz səhifələrə isə daha çox link verməlisiniz.

Hansı səhifədən haraya link verəcəyinizi öyrənmək üçün aşağıdakı suallara cavab verməklə başlaya bilərsiniz.

  1. Linkləyən veb səhifə (kontent) nə haqdadır, meta title və H1 teqi nədir?
  2. Linklənən veb səhifə nə haqqında olmaldır? Onun meta titleH1 teqi nədir?
  3. Bu iki mövzunu özündə birləşdirən üstmövzu hansıdır?
  4. Linklənən səhifənin məqsədi nədir, onun əsas açar sözü nədir?
  5. Linkləyən səhifədə bu açar söz varmı? Yoxdursa, bu açar sözü təbii şəkildə kontentin içinə daxil etmək olarmı?

Saytınızdakı bütün kontentləri belə analiz edərək çox müsbət nəticələr əldə edə bilərsiniz.

daxili linkləmənin effektivliyini göstərən saytın orqanik traffikinin artım qrafiki

Daxili linkləmənin bu gücünü nəzərə aldıqda, bu linkləməni etməmək böyük bir SEO səhvi olardı.

URL strukturunun dəyişdirilməsi

Normal şəraitdə URL strukturunun dəyişdirilməsi nadir rastlanan bir hadisədir.

Çünki URL-lər bir dəfə qurulur və bir daha heç bir iş görülmür.

Lakin Azərbaycanda bu problem adi bir hala çevrilib.

Dəfələrlə olur ki, saytın URL strukturu dəyişdirilir, Google hər ikisini indeksləyir və nəticədə ortaya çox pis bir nəticə çıxır.

Əgər siz saytın texniki detallarını bilmirsinizsə, URL strukturunun tez-tez dəyişdirildiyini necə görə bilərsiniz?

Bunun üçün saytınızın Search Console hissəsinə daxil olmalı və orada “indexing” hissəsində “pages”ə girməlisiniz.

search console-da "Pages" hissəsi qırmızı haşiyəyə alınmış ekran şəkli

Burada isə URL strukturunun tez-tez dəyişdiyini göstərən “Redirect” və “Error 404” mesajlarıdır.

search console-da "Page with redirect" atributlu səhifələrin artım tempini göstərən qrafik

Əgər saytınızda redirect edilən səhifələr belə bir artış göstərirsə və eyni zamanda Error 404 səhifələri artmağa başlayırsa, bu SEO probleminin və səhvinin sizin saytda da olduğundan əmin ola bilərsiniz.

search console-da "Not found (404)" atributlu səhifələrin artım tempini göstərən qrafik

Bu SEO səhvi edilibsə, problemin qarşısını almaq, təəssüf ki, qeyri-mümkündür.

Əlinizdə qalan yeganə seçim gözləmək və növbəti dəfə “palçığa batmamaq”dır.

Backlink-lər ölkəmizdə ən çox göz ardı edilən faktorlardan biridir.

Onlara ya çox gərəksiz yanaşırıq, ya da çox sadə bir problem kimi link alaraq üstündən keçirik.

Əslində isə SEO zamanı edilən ən böyük səhvlərdən biri elə məhz backlink məsələsidir.

Google botlarının ən çox diqqət göstərdiyi faktorlardan biri saytın backlink profili və ona link verən digər saytların reputasiyasıdır.

Nümunə bir saytın backlink profilini göstərən ekran şəkli

Gördüyünüz kimi, Ahrefs-in datasına əsasən burada 1600 link var, lakin link verən saytların sayı sadəcə 80-dir.

Bu da o deməkdir ki, hər bir saytdan 20-dən çox link verilib.

Reallıqda isə, böyük ehtimalla bir saytdan 40-50 arası link verilib.

Bu backlink profilinin korlanması deməkdir və ciddi bir SEO səhvidir.

Çünki bu sayt axtarışlarda görünsə də, heç vaxt ilk 3 sırada görünə bilməyəcək (təbii ki, rəqibləri varsa).

Bunun səbəbi link spam adlanan, bir saytdan suni şəkildə həddən artıq link almaqdır.

Google botları belə linkləri çox rahatlıqla tuta bilir və şiddətli şəkildə cəzalandırır.

Bu SEO səhvindən qaçınmaq üçün link satın almaqdan uzaq durmalı və bunu təklif edənlərə mütləq şəkildə qarşı çıxmalısınız.

Təbii ki, link satın alma dedikdə kütləvi linklərin satın alınması nəzərdə tutulur.

Fiverr kimi saytlarda $5-a 2000 link satan insanlar çoxdur.

Ancaq siz hansısa böyük bir xəbər saytında press reliz edəcəksinizsə, bunun link spam kimi sayılma ehtimalı olduqca azdır.

Nəticə

Son olaraq onu qeyd etmək lazımdır ki, geri dönüşü olmayan SEO səhvi yoxdur. Bəzən böyük zəhmət, bəzən aylarla vaxt tələb etsə də, hər bir problemin geri dönüşü var. Bunun üçün SEO səhvlərini və onların həll yollarını dərindən bilən komandalarla çalışmaq lazımdır.

Əgər sizə belə bir komanda ilə çalışmaq maraqlıdırsa, SEO xidmətlərimizdən yararlana bilərsiniz.