Sosial Media Marketinq

Günümüzdə hər markanın sosial şəbəkələrdə mövcudluğu vacibdir. Nəzərə alsaq ki, ölkəmizdə sosial şəbəkələrdə qeydiyyatdan keçənlərin sayı 5.2 milyon nəfərdən daha artıqdır, o zaman markaların niyə SMM xidmətinə bu qədər önəm verdikləri sual doğurmur.

Əgər siz də sosial şəbəkələrdə potensial müştərilərinizi tapmaq istəyirsinizsə, təklif etdiyimiz xidmətimizdən yararlana bilərsiniz. Hər bir müştəriyə individual yanaşaraq 6 əsas addımdan ibarət prosesi icra edirik.

SMM xidmətimizdə biz:

1. İlk olaraq detallı araşdırma edirik;

2. Daha sonra məsələyə individual yanaşaraq strategiyanı təyin edirik;

3. Alqoritmlərə və müştəriyə uyğun kontent plan təqdim edirik;

4. Yayımlanacaq reklam kampaniyalarını nəzərdən keçirib, uyğun addımlar atırıq;

5. Reklam nəticələrini nəzərdən keçirib, onları daimi nəzarətdə saxlayırıq;

6. Görülən işlərin hesabatını edirik.

Yaratdığımız sosial media marketinq strategiyaları onlayn auditoriyanızla əlaqədə qalmağa və onları loyal müştərilərə çevirməyə imkan verir. Biz göstərdiyimiz xidmətə hərtərəfli yanaşır və kontentin yaradılmasından hesabatlara qədər tam dəstək veririk. 


“Təklif al” düyməsinə klik edərək formu doldura və ya əlaqə vasitələrindən bizimlə əlaqə saxlayaraq SMM xidməti ilə bağlı təklif ala bilərsiniz. Komandamız ən qısa müddətdə sizinlə əlaqə yaradacaq.

youtube seo

Orqanik trafik

Son zamanlarda “TikTok” və “Instagram” alqoritmləri izləyicilərin orqanik böyüməsinə daha çox şərait yaradır. Orqanik trafik isə öz növbəsində xərclərin azalmasına kömək edir. Amma bunun üçün düzgün formul və davamlılıq vacibdir. Orqanik trafik-SEO xidməti

youtube seo

Məzmun yaradıcılığı

Kontent Marketinq– Unikal məzmun yaradıcılığı sosial media marketinqinin ən önəmli hissələrindən biridir. Uğurlu reklam və izləyicilərin marağı ilk olaraq kontentdən asılıdır. Qısaca, məzmun kraldır. Kontent Marketinq-Məzmun yaradıcılığı

youtube seo

Targetinq

Uğurlu reklamın ikinci əsas komponenti isə düzgün hədəfləmədir. Hər bir biznesin öz auditoriyası, spesifik müştəriləri var. Ona görə də reklamların düzgün kütlənin qarşısına çıxması detallı analiz tələb edir. Targetinq-Sosial Media Marketinq

SMM – markaların sosial platformalar üzərindən məhsul və xidmətlərini tanıtması və müştəri ilə birbaşa əlaqə qurması üçün istifadə olunan rəqəmsal marketinq strategiyasıdır. Bu üsul hədəflənmiş auditoriyaya çatmaq, interaktivlik yaratmaq və nəticələri real vaxtda ölçmək baxımından ən effektiv üsullardan biridir. Azərbaycanda 5 milyondan çox insan sosial media istifadə etdiyi üçün bu sahədə aktiv olmaq hər biznes üçün böyük fürsətdir.

Ən çox istifadə olunan platformalar Instagram, Facebook, TikTok, Linkedin və Pinterest-dir. Hər platforma fərqli auditoriyaya xitab edir və brend məqsədlərinə uyğun seçilməlidir.

Əvvəlcə brendin məqsədləri (məsələn, satış, tanıtım, trafik) müəyyən edilir və hədəf auditoriya dəqiq təyin olunur. Daha sonra uyğun platformalar seçilərək məzmun planı hazırlanır və paylaşım təqvimi qurulur. Strategiyanın effektivliyi isə mütəmadi analiz və optimizasiya ilə təmin edilir.

İlk olaraq, izləyici statistikalarını analiz etmək üçün platformaların təqdim etdiyi daxili analitika vasitələrindən (məsələn, Meta Insights, Instagram Analytics) istifadə edilməlidir. Burada yaş, cins, lokasiya, aktivlik saatları və maraq sahələri kimi göstəricilər nəzərə alınır. Bu məlumatlar əsasında kontent və reklamlar daha dəqiq hədəflənə bilər.

Kampaniyanın uğuru klik sayı, baxışlar, bəyənmələr, paylaşım və konversiya kimi göstəricilərlə ölçülür. Həmçinin ROI (investisiyanın geri dönüşü) və istifadəçi reaksiyası da qiymətləndirmədə vacib rol oynayır. Platformaların analitika bölməsi və əlavə ölçüm alətləri bu nəticələri izləməyə imkan verir.