Email marketinq

email marketinq, email marketing, email

E-poçtlar artıq marketinqdə yeni üsul deyil. Zaman keçdikcə müxtəlif reklam alətləri və kanalları ortaya çıxıb. Lakin, Email Marketinq nə qədər yaşlı olsa da günümüzdə öz aktuallığını qoruyub saxlamağı bacarır. 


Əslində, siz fikirləşə bilərsiniz ki, artıq insanlar daha çox sosial şəbəkələrdən və daha müasir rəqəmsal kanallardan istifadə edir, ancaq e-poçtların hələ də əvəzlənməsi çətin olan faydaları var.

Email Marketinqin üstünlükləri:

1. Digər reklam üsullarına nəzərən daha ucuzdur;

2. Qısa müddətdə daha çox uğurlu geridönüş  imkanı;

3. Potensial müştərilərin daha əlçatan olması

4. Fərdi və ya kiçik qruplar üçün spesifik təkliflərin mümkünlüyü Email marketinqin əsas üstünlükləridir:

Xidmətimizdən yararlanmaq üçün  “Təklif al” düyməsinə klik edərək formu doldura və ya əlaqə vasitələrindən bizimlə əlaqə saxlaya bilərsiniz. Komandamız ən qısa müddətdə sizinlə əlaqə yaradacaq. 

youtube seo

Yenidən əlaqə

Son zamanlar aktiv olmayan müştərilərlə yenidən əlaqə qurulmasını hədəfləyən ən vacib email marketinq növlərindəndir. Yenidən Əlaqə- Email marketinq

Abunəlik e-poçtları (Bloq və ya Bülleten)

Abunəlik e-poçtları-Müştəriləri yeni bloqlar və məqalələr haqqında xəbərdar edən ən geniş yayılmış email marketinq üsullarından biridir. Abunəlik e-poçtları-Email Marketinq

Dəvət e-poçtları

Bu tip məktublar, adətən,  email marketinqdə qarşıdan gələn hadisələri, yeni məhsul təqdimatlarını və seminarlar haqqında qarşı tərəfi məlumatlandırır. Dəvət e-poçtları – Email marketinq

youtube seo

Tanıtım e-poçtları 

Məhsul və xidmətləri tanıtmaq, endirim və ya xüsusi təkliflərlə müştəriilərin marağını cəlb etməyi planlayan email marketinq üsuludur. Email Marketinq

E-mail marketinq, yeni və potensial müştərilərlə əlaqə qurmaq və onları markanız haqqında məlumatlandırmaq üçün e-maillərin göndərilməsi prosesidir.

Bu xidmət, müştərilərlə şəxsi və birbaşa əlaqə qurmağa imkan verir, satışları artırmaq və müştəri sədaqətini təmin etmək üçün effektiv bir vasitədir.

E-mail siyahıları, veb-saytınızdakı “abunə ol” butonu, satış nöqtələri və digər mənbələrdən toplanan e-mail ünvanlarından yaradılır.

Yalnız sizə icazə vermiş (opt-in) istifadəçilərə e-mail göndərmək tövsiyə olunur. Əks halda e-maillər spam kimi işarələnə və brendinizə zərər verə bilər.

E-maillər vasitəsilə müştərilərə endirim, kampaniya və yeni məhsullar barədə fərdiləşdirilmiş mesajlar göndərərək onları alışa təşviq etmək mümkündür. Bu kanal müştəri sədaqətini qoruyub saxlamaq və dönüşüm yaratmaq üçün çox əlverişlidir.