ondigital

Kargolux, Azərbaycanda yerləşən və müştərilərinə Türkiyədəki Trendyol mağazasından və Amerika Birləşmiş Ştatlarındakı Amazon mağazasından kargo xidmətləri təqdim edən bir şirkətdir. Bu iki böyük e-ticarət platforması, dünyanın dəbdə olan bir çox məhsullarını təqdim edir və Kargolux, Azərbaycanlı müştərilərin bu məhsullara asanlıqla çatmağını təmin edir. Kargolux, müştərilərinin sifariş etdiyi məhsulları təhlükəsiz, sürətli və effektiv bir şəkildə çatdırmağa nail olur.

Ondigital və Kargolux Arasında Dərin Əməkdaşlıq

Ondigital Agentliyi, Kargolux üçün tam dijital marketinq xidmətləri təqdim edir:

Web Development: Kargolux üçün veb-saytın hazırlanması bizim üçün ən maraqlı tapşırıqlardan biri idi. Müştərilərin sifarişlərini asanlıqla edə bilmələri, kargo statusunu izləyə bilmələri və digər vacib xidmətlərə çatmağa nail olmaqları üçün funksional və istifadəçi-dostu bir veb sayt hazırladıq. Kifayət qədər rəqabətli olan bu bazarda müştərini saytda saxamağın tək yolu ona kifayət qədər asan və adət halını almış naviqasiyanı təqdim etmək idi. Peşəkar komandamız bunu kifayət qədər yaxşı yerinə yetirərək düzgün naviqasiyanı formalaşdırdı.

SEO (Search Engine Optimization): Kargoluxun axtarış motorlarında yüksək sıralanmasını təmin etmək üçün SEO taktikalarını tətbiq edirik. Bu, şirkətin daha çox müştəri cəlb etməsinə və onların etibarını artırmağa kömək edir. Google Analytics və Facebook Pixel kimi vasitələrdən istifadə edərək sayta gətirdiyimiz orqanik trafik datasını xüsusi şəkildə optimallaşdıraraq yenidən istifadə etmələri üçün müştərimizə təqdim edirik.

Sosial Media Marketinq: Kargolux’un sosial media platformalarında aktiv və etibarlı bir şəkildə iştirak etməsini təmin etmək üçün kampaniyalar və məzmun strategiyaları hazırlayırıq. Reklam vizuallarının hazırlanması, kontentin yazılması eləcə də sosial media reklamının idarə olunması kimi xidmətləri təklif edirik.

SEM (Search Engine Marketing): Kargolux’un onlayn reklam kampaniyalarını idarə edirik, bu da onların hədəflənən auditoriyanı daha sürətli və effektiv bir şəkildə cəlb etməsinə kömək edir. Sayta kifayət qədər trafik çəkmək, müxtəlif endirim kampaniyaları ilə remarketing etmək üçün Google və digər SEM reklamlarından aktiv şəkildə istifadə edirik. Bu da bizə daha yaxşı şans verir.

Kargolux ilə əməkdaşlığımızın məqsədi, onların dijital varlığını maksimuma çatdırmaq, onlayn trafiklərini artırmaq və şirkətin tanınmağını təmin etməkdir. Ondigital kimi, biz hər zaman müştərilərimiz üçün ən yaxşı nəticələri əldə etmək üçün sınaqdan keçirik və onların iş məqsədlərinə nail olmağa kömək edirik. Kargolux’un kargo xidmətləri sahəsindəki uğurları, bizim təqdim etdiyimiz xidmətlərin nəticəsidir və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanırıq.