ondigital

Haval – Avtomobil Dünyasının Seçilmiş Markası

Haval, avtomobil istehsalında dünyaca tanınmış bir markadır. Bu marka, yüksək keyfiyyətli, təhlükəsiz və innovativ avtomobillər təklif edərək müştərilərinin ürəklərində xüsusi bir yer tutur. Dünyaca tanınmış olan brendin Azərbaycan fillialı üçün gördüyümüz işləri sizə təqdim edirik.

Ondigital, Haval üçün aşağıdakı xüsusi xidmətləri həyata keçirir:

SEO (Axtarış Motoru Optimallaşdırma): Bu avtomobillərin axtarış nəticələrində yüksək sıralarda göstərilməsi üçün spesifik açar sözlər və optimallaşdırma strategiyaları tətbiq edirik. Texniki SEO-dan başlayaraq bütün SEO mərhələlərini ardıcıl olaraq həyata keçirərək müştərimizin istəklərinə uyğun açar sözlər də onu birinci etdik. Bundan əlavə olaraq mövcud rəqabəti nəzərə alaraq xüsusi strategiya hazırladıq

Web development: Müştərilərin bu avtomobillər haqqında ətraflı məlumat ala biləcəkləri, yeni modellər və xüsusi təkliflər ilə tanış ola biləcəkləri istifadəçi yönümlü bir veb-saytın hazırlanmasını təmin etdik.

Ödənişli və Meta Reklamları: Bu avtomobillərin xüsusi hədəf auditoriyasına daha çox nüfuz etməsi üçün spesifik reklam kampaniyaları yaradırıq. Bu reklamlar, potensial müştəriləri markaya cəlb edərək, satışların artmasına kömək edir. Yeni çıxan modellərin təqdimatı zamanı müştərilər ilə düzgün kommunikasiyanı formalaşdırmaq üçün xüsusi sosial media marketinq strategiyasını formalaşdırırıq.

Haval ilə əməkdaşlıqda, avtomobil alqı-satqı prosesini daha asan, effektiv və müştəri üçün faydalı hala gətiririk. Bizim məqsədimiz, Hava’ın Azərbaycan avtomobil bazarında lider olmasına kömək etməkdir.