ondigital

Auto Auction – Avtomobillərinizi Dünyanın Hər Yerindən Gətirin

Auto Auction, Koreya, ABŞ, Çin, Almaniya və digər ölkələrdən Bakıya avtomobil idxalını həyta keçirən bir şirkətdir. İstəyən hər kəs üçün avtomobil idxalı ilə bağlı bütün sənəd proseslərini həyata keçirə bilərlər, bu da müştərilərin avtomobil idxalı zamanı işlərini asanlaşdəraraq istədikləri avtomobilə tez bir zamanda sahib olmalarına kömək edir.

Ondigital olaraq, Auto Auction üçün aşağıdakı xüsusi xidmətləri təklif edirik:

SEO (Axtarış Motoru Optimallaşdırma): Şirkətin axtarış nəticələrində yüksək sıralarda göstərilməsi üçün spesifik açar sözlər və kontent optimallaşdırma strategiyaları tətbiq edirik. Bu strategiyalar sayəsində onlar müştərilərin axtarış etdikləri potensial açar sözlərdə ön sırada çıxırlar. Bu proses zamanı onlara Texniki, On-page və Off-page xidməti verilmişdir.

Web development: Müştərilərin avtomobil seçimini asanlaşdıran və idxal prosesini başa düşmələrinə kömək edən funksional və istifadəçi yönümlü bir veb-sayt hazırlayaraq saytı müştərilər üçün istifadəyə hazır hala gətirdik.

Ödənişli və Meta Reklamları: Biznesin hədəf auditoriyasına daha çox nüfuz etməsi üçün özəlləşdirilmiş reklam kampaniyaları yaradaraq potensial müştərilərlə əlaqə yaratmasını təmin edirik. Bu reklamlar, potensial müştəriləri şirkətə cəlb edərək, avtomobil idxalı ilə maraqlananların sayını artırır.

Auto Auction ilə, avtomobil idxalı prosesini asan və effektiv hala gətiririk. Bizim məqsədimiz, Auto Auction-un Bakıda avtomobil idxalı üçün ən etibarlı və rahat mənbə olmasını təmin etmək, biznesi rəqəmsal marketinq sayəsində daha da gücləndirmək və satışları artırmaqdır.