swot analizi, swot nedir, swot analizi nədir

SWOT analizi — bir şirkətin və ya layihənin güclü və zəif tərəflərini, qarşısında duran imkanları və təhlükələri müəyyənləşdirmək üçün istifadə olunan strateji planlaşdırma metodudur.

SWOT analizi bizneslərə daxili potensiallarını dəyərləndirməyə, rəqiblərlə müqayisədə mövqelərini müəyyənləşdirməyə və daha ağıllı qərarlar verməyə kömək edir. Bu təhlil sayəsində şirkət yalnız öz üstünlüklərini deyil, eyni zamanda düzəldilməli olan tərəflərini də aydın şəkildə görə bilir.

Məsələn, bir rəqəmsal marketinq agentliyi SWOT analizi vasitəsilə güclü tərəf kimi peşəkar komandasını, zəif tərəf kimi məhdud büdcəni, imkan kimi artan onlayn bazar tələbatını, təhlükə kimi isə rəqiblərin çoxalmasını müəyyən edə bilər.

Qısacası, SWOT analizi uğurlu strategiyanın təməli hesab edilir. Çünki bu təhlil sayəsində, biznesin harada olduğunu, hara getmək istədiyini və orada nə ilə qarşılaşacağını müəyyən etmək mümkündür.

SWOT Sözünün Açılışı

SWOT ingiliscə dörd sözün baş hərflərinin birləşməsindən ibarətdir:

  • S – Strengths (Güclü tərəflər)
  • W – Weaknesses (Zəif tərəflər)
  • O – Opportunities (İmkanlar)
  • T – Threats (Təhlükələr)

Bu model, hər bir biznesin və ya layihənin daxili güc və zəif cəhətlərini və xarici imkan və təhlükələri sistematik şəkildə təhlil etməyə kömək edir.

swot analizi, swot nedir, swot analizi nədir

1. Strengths – Güclü tərəflər

Bunlar sizin şirkətinizin daxili üstünlükləridir. Yəni sizi rəqiblərdən fərqləndirən, bazarda üstün mövqeyə gətirən amillərin nə olduğunu müəyyən edirsiniz.
Bir sözlə, güclü tərəflərinizi təyin edərkən “biz nədə yaxşıyıq?” sualına cavab verirsiniz.

Nümunələr:

  • Güclü brend imici və tanınmış ad
  • Peşəkar və təcrübəli komanda
  • Yüksək keyfiyyətli məhsul və ya xidmət
  • Müştəri loyallığı və yüksək məmnuniyyət
  • Yaxşı maliyyə idarəçiliyi və sabit gəlir mənbəyi
  • İnnovativ yanaşma və texnoloji üstünlük

Praktik baxımdan:
Əgər sizin biznesiniz müştəri məmnuniyyətini rəqiblərdən daha yaxşı qoruyursa, bu, satış və reklam strategiyanda əsas üstünlük kimi vurğulamaq olar.

2. Weaknesses – Zəif tərəflər

Zəif tərəflər inkişaf və ya dəyişiklik tələb edən daxili amillərdir. Bu hissədə siz, “biz nədə zəifik və bunu necə düzəldə bilərik?” sualına cavab verirsiniz.

Nümunələr:

  • Məhdud maliyyə resursları
  • Aşağı tanınma və brend imici
  • Effektiv olmayan reklam strategiyası
  • Texnoloji infrastrukturun köhnəlməsi
  • Komanda daxilində koordinasiya problemləri
  • Zəif SEO və ya sosial media aktivliyinin olması

Praktik baxımdan:
Zəif tərəfləri gizlətmək yox, araşdırmaq və aradan qaldırmaq vacibdir. Çünki bəzən bir zəiflik, rəqibin üstünlüyünə çevrilə bilər.

3. Opportunities – İmkanlar

İmkanlar, bazarda və ya xarici mühitdə inkişaf üçün açılan yeni yolları göstərir. Bununla siz, “hazırda və ya gələcəkdə hansı fürsətlərdən yararlana bilərik?” sualına cavab tapmış olacaqsınız.

Nümunələr:

  • Yeni texnologiyaların yaranması (məsələn, süni zəka və avtomatlaşdırma)
  • Rəqiblərin zəifləməsi və bazarda boşluq yaranması
  • Yeni bazarlara çıxış (region, ölkə və ya platforma)
  • Müştəri davranışındakı dəyişikliklər (məsələn, onlayn alışların artması)
  • Dövlət dəstəyi və ya vergi güzəştləri

Praktik baxımdan:
Rəqəmsal marketinqdə “opportunity” məsələn, TikTok və ya Threads kimi yeni platformaların reklam üçün açılması ola bilər.

4. Threats – Təhlükələr

Təhlükələr, şirkətin nəzarətindən kənar olan xarici risklərdir. Bu amillər düzgün izlənilməsə, biznesin inkişafına mənfi təsir göstərə bilər.

Nümunələr:

  • Yeni rəqiblərin bazara girişi
  • İqtisadi geriləmə və ya inflyasiya
  • Qanunvericilikdə və vergi sistemində dəyişikliklər
  • Texnoloji trendlərin sürətli dəyişməsi
  • Sosial və reputasiya riskləri (məsələn, brend böhranı)

Praktik baxımdan:
Məsələn, iOS-un məxfilik yenilikləri Meta reklamlarının nəticələrinə təsir etdikdə, bu rəqəmsal marketoloqlar üçün ciddi “threat” hesab olunur.

swot analizi, swot nedir, swot analizi nədir

Marketinqdə SWOT analizi niyə vacibdir?

SWOT analizi marketinq strategiyasının əsas sütunlarından biridir, çünki o, biznesin real vəziyyətini obyektiv şəkildə dəyərləndirməyə və düzgün istiqamətləndirərək qərar verməyə kömək edir. Marketinq yalnız reklam deyil. O, bazar, rəqib, müştəri və daxili resursların balanslı şəkildə idarə olunmasıdır.

1. Strategiyanın düzgün qurulmasına kömək edir

Marketinqdə uğur, yalnız yaradıcı ideyalardan deyil, həm də analitik düşüncədən asılıdır.
SWOT analizi sayəsində siz:

  • Şirkətinizin güclü tərəflərini reklam mesajlarında ön plana çıxara,
  • Zəif tərəfləri təhlil edib onları aradan qaldıra,
  • Yeni imkanları (yeni bazar, trend və ya texnologiya) vaxtında dəyərləndirə,
  • Təhlükələri öncədən görüb riskləri azalda bilərsiniz.

2. Resursların düzgün bölünməsini təmin edir

Marketinqdə ən böyük səhvlərdən biri büdcənin emosional qərarlarla bölünməsidir.
SWOT analizi burada sizə riyazi baxış verir: hansı kanallara (məsələn, SEO, sosial media, Google Ads və s.) daha çox sərmayə qoymaq lazım olduğunu, hansının isə hələ optimallaşdırılmadığını göstərir.

Məsələn, əgər güclü tərəfiniz sosial media kontentidirsə, büdcə prioritetinizi oraya yönəltmək daha ağıllı qərardır.

3. Rəqiblər qarşısında mövqeyinizi müəyyənləşdirir

SWOT analizi sizə rəqiblərin qarşısında harada dayandığınızı göstərir.
Məsələn:

  • Rəqiblər endirimlərə əsaslanırsa, siz keyfiyyət və xidmət üstünlüyünüzü vurğulaya bilərsiniz.
  • Rəqiblər yeni texnologiyadan istifadə edirsə, bu sizə “threat” (təhlükə) kimi qeyd olunur, lakin eyni zamanda “opportunity” (imkan) yarada bilər, çünki siz onlardan fərqli yanaşma seçə bilərsiniz.

4. Marketinq qərarlarını daha düzgün edir

Hər reklam kampaniyası, hər məhsul çıxışı və ya hər PR fəaliyyəti bir risk daşıyır.
SWOT analizi bu riskləri öncədən görməyə və təhlükəsiz plan qurmağa imkan verir.
Beləliklə, siz hər addımı təxminlərə yox faktlara əsasən atırsınız.

5. Bazar trendlərini izləməyə kömək edir

SWOT analizi yalnız daxili vəziyyəti deyil, həm də bazar mühitini daim izləməyi tələb edir.
Bu da sizə yeni trendləri vaxtında görmək, auditoriyanın davranış dəyişikliklərinə uyğunlaşmaq və rəqiblərdən bir addım öndə olmaq imkanı yaradır.

6. Komandanız üçün vahid istiqamət yaradır

Marketinq komandasında məqsədlərin hamı üçün aydın olması vacibdir.

SWOT analizi nəticəsində:

  1. Hər kəs bilir ki, nəyi gücləndirməli,
  2. Nədən çəkinməli,
  3. Harada fürsət axtarmalı,
  4. Hansı təhlükələrə hazır olmalıdır.

Bu, həm daxili koordinasiyanı gücləndirir, həm də uzunmüddətli strategiyanın daha effektiv həyata keçməsini təmin edir.

swot analizi, swot nedir, swot analizi nədir, swot vs pest, pest analizi

SWOT vs PEST Analizi – Fərqləri və Hər Birinin Rolu

SWOT və PEST analizləri biznes və marketinq strategiyalarında tez-tez birlikdə istifadə olunan, lakin fərqli məqsədlərə xidmət edən iki analitik metoddur. Hər ikisi qərarvermə prosesini dəstəkləyir, lakin onların baxış bucaqları və fokus nöqtələri fərqlidir.

SWOT Analizi – Daxili və Xarici Faktorların Birləşdiyi Model

SWOT analizi (Strengths, Weaknesses, Opportunities, Threats) şirkətin daxili vəziyyətini və xarici mühiti eyni anda qiymətləndirir. Burada əsas məqsəd, biznesin mövcud vəziyyətini real şəkildə görmək və strateji addımlar planlaşdırmaqdır.

SWOT nəyi öyrədir:

  • Şirkətinizin güclü və zəif tərəfləri nələrdir?
  • Bazarda hansı fürsətlər mövcuddur?
  • Hansi xarici təhlükələr sizi risk altına sala bilər?

PEST Analizi – Xarici Mühitin Dərin Təhlili

PEST analizi (Political, Economic, Social, Technological) isə yalnız xarici mühiti araşdırır. Yəni bu metod, biznesin nəzarətində olmayan amilləri təhlil edir, amma bu amillər qərarların uğuruna ciddi təsir göstərə bilər.

PEST faktorları:

  • P – Political (Siyasi): Dövlət siyasəti, vergi dərəcələri, ticarət qanunları, sabitlik səviyyəsi.
  • E – Economic (İqtisadi): İnflyasiya, valyuta məzənnəsi, gəlir səviyyəsi, işsizlik dərəcəsi.
  • S – Social (Sosial): Demoqrafik dəyişikliklər, istehlakçı davranışları, həyat tərzi trendləri.
  • T – Technological (Texnoloji): Yeni texnologiyalar, avtomatlaşdırma, rəqəmsallaşma səviyyəsi.

SWOT və PEST analizləri hər bir biznes üçün strateji düşünmənin ayrılmaz hissəsidir. Bu iki metod bir-birini tamamlayaraq, həm daxili imkanlarınızı, həm də xarici bazar şəraitini anlamağa kömək edir.

Rəqəmsal dünyada doğru strategiya uğurun açarıdır. OnDigital agentliyi olaraq biz, bizneslərin inkişafını təmin edən peşəkar marketinq xidmətləri təqdim edirik