Rəqəmsal marketinqin son illərdə inkişafı və geniş yayılmasına görə rəqəmsal marketinq mütəxəssisliyi perspektiv vəd edən peşələrdən birinə çevrilib.

Rəqəmsal marketinq mütəxəssisi kimdir?

Rəqəmsal marketinq mütəxəssisi şirkətin və ya brendin strategiyalarını rəqəmsal dünyaya uyğunlaşdırmaqla brendlərin onlayn varlığını təmin edən və ya varlığını gücləndirən peşəkar şəxslərdir. Onlar təyin olunmuş  rəqəmsal kanallar vasitəsilə brend şüurunu artırmaq, hədəf kütləyə çatmaq, potensial müştəriləri cəlb etmək və satışları artırmaq kimi məqsədlər üçün çalışır.

SEO, SMM, kontent marketinq, email marketinq kimi alt sahələrdə ixtisaslaşan rəqəmsal marketinq mütəxəssisləri üçün önəmli olan digər məqam isə rəqəmsal tendensiyaları və trendləri daimi izləməklə strategiyaları aktual saxlamaqdır.

rəqəmsal-marketinq, reqemsal-marketinq, reqemsal-marketoloq, reklam, marketinq-agentliyi, marketinq

Bəs rəqəmsal marketinq mütəxəssisləri hansı işləri görür?

Sadə dillə izah etsək, rəqəmsal mühitdə şirkət, ya da layihənin uğurlu olması və güclü bir markaya çevrilməsi üçün geniş miqyaslı işlər həyata keçirən rəqəmsal marketinq mütəxəssisləri  bir çox vəzifəni yerinə yetirir. Onlar hədəf alınmış bütün rəqəmsal kanallarda strategiyaların hazırlanması, axtarış sistemlərinin optimizasiyası, sosial media marketinqi və email marketinq kimi vəzifələri iş mühitində icra edir..

Rəqəmsal marketinq mütəxəssisinin iş təsvirinə daxil edilən əsas iş öhdəlikləri aşağıdakı kimi sıralana bilər:

  1. Strategiyaların hazırlanması: Rəqəmsal marketinq mütəxəssislərinin əsas işlərindən olan strategiyaların hazırlanması müştərilərin və ya şirkətin bazar analizi, rəqib analizi və hədəf kütlələri üzərində gedişlərin təyin edilməsindən ibarətdir.
  2. Axtarış Sistemlərinin Optimizasiyası (SEO): SEO xidməti veb-saytların “Google”, “Yandex”, “Bing” kimi məşhur axtarış sistemlərində önə çıxmasını hədəfləyir. Rəqəmsal marketinq mütəxəssisləri üçün bu sahədə vacib olan elementlər açar söz araşdırmaları, texniki SEO, “On-Page və “Off-Page” SEO-dur.
  3. Sosial Media Marketinq: Brendin təyin olunmuş strategiyaları üzrə sosial media fəaliyyətini yaratmaq, bu sahəyə daxil olan kontent, reklam, targetinq kimi kiçik altsahələrə nəzarət marketoloqların önəmli işlərindəndir.  
  4. Email marketinq: E-poçt kampaniyalarının hazırlanması, planlanması, seqmentasiyası,təhlili və müştərilərə fərdi məzmunun göndərilməsindən ibarət olan bu iş bir çox rəqəmsal marketinq agentliklərində və şirkətlərdə rəqəmsal marketoloqlardan tələb olunan biliklərdəndir.
  5. Kontent marketinq: Kontent marketinq faydalı və satış üçün yararlı məzmun vasitəsi ilə hədəf auditoriyanı cəlb etməyə, onlarla əlaqə qurmağa və onları müştərilərə çevirməyə yönəlmiş bir marketinq yanaşmasıdır. Kontent marketinqin əsas məqsədi hədəf auditoriyanı təsir altında saxlamaqdır, bu da müştərilərin markaya etibar etməsinə və onunla davamlı bir əlaqə qurmağa kömək edir.
reqemsal-marketinq, reqemsal-marketoloq, reklam, marketinq-agentliyi, marketinq

Rəqəmsal Marketinq mütəxəssisləri hansı biliklərə sahib olmalıdır?

Çox geniş sahəni əhatə edən rəqəmsal marketinq prosesində bəzən bir çox mütəxəssis müxtəlif yönlərdə fəaliyyət göstərir. Bəzən işin çoxunu tək bir mütəxəssis yerinə yetirməli ola bilər. Buna görə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər müxtəlif biliklərə sahib olmalıdır.

Bəs bu biliklərin əsasını nə təşkil edir?

  • Reklam menecmentini yaxşı səviyyədə bilməli;
  • Məzmun və ya kontent yaratmağı və idarə etməyi bacarmalı;
  • Sosial media və axtarış sistemlərinə bələd olmalı; 
  • Təməl kodlaşdırma biliklərinə sahib olmalı;
  • Dizayn anlayışına malik olmalı;
  • Məlumatları təhlil etmək və ona uyğun strategiyalar hazırlamaq bacarığına malik olmalıdır.

Bundan əlavə, uğurlu mütəxəssislərin tendensiyalar, statistika və alqoritmlər haqqında aktual məlumata malik olması vacibdir.

reqemsal-marketinq, reqemsal-marketoloq, reklam, marketinq-agentliyi, marketinq

İş mühitində rəqəmsal marketinq mütəxəssislərinə hansı bacarıqlar kömək edir?

Rəqəmsal marketinq daim yenilənir, buna görə də tendensiyaya uyğun olaraq mütəxəssislərdən də müxtəlif bacarıqlar tələb oluna bilər. Lakin, bir sıra bacarıqlar var ki, bunlar tələb olunan bacarıqlar arasında daha çox ortaqlıq təşkil edir.

Dizayn anlayışı: 

Rəqəmsal marketinq yalnız alətlərdən ibarət deyil. Alətlərlə yanaşı, həmçinin, dizayndan anlamaq, trendləri bilmək və dizayn anlayışı rəqəmsal marketoloqlar üçün önəmli bacarıqlardan sayılır.

Kopiraytinq:

Kopiraytinq rəqəmsal dünyada xidmət göstərən mütəxəssislər üçün istənilən sahədə lazımdır. SEO xidməti üçün bloqların yazılması, sosial media marketinqi üçün kontentlərin təyini və ya email marketinq xidməti kopiraytinqlə sıx əlaqəlidir. Bu səbəbdən mətnlərlə işləmək bu şəxslər üçün olduqca vacibdir. 

Rəqəmsal bacarıqlar:

Rəqəmsal bacarıqlar rəqəmsal problemlərin həlli üçün mütəxəssislərdə axtarılan digər bacarıqlardan biridir. Məlumatları toplamaq, təhlil etmək, paylaşmaq, tətbiq etmək və digər rəqəmsal fəaliyyətləri həyata keçirmək iş mühitində çox vacibdir.
Həmçinin rəqəmsal bacarıqlar alətlər və platformalardan (Google Analytics, Meta Business Suite, CRM sistemləri və s.) effektiv şəkildə istifadə etmək qabiliyyətini də özündə cəmləşdirir. 

Analitik bacarıqlar: 

Statistik göstəricilər və ədədlər rəqəmsal marketinqdə çox şey deyir. Ona görə də rəqəmsal marketinq mütəxəssislərindən tələb olunan biliklərdən biri də budur. Yaxşı rəqəmsal marketinq mütəxəssisi rəqəmlərlə “danışmağı bacarmalı”, görülən işlərin analiz və hesabatını düzgün aparmalıdır.

Komanda ilə işləmək bacarıqları:

Rəqəmsal marketinq mütəxəssisləri işlədikləri şirkətlərdə daim komanda ilə əhatələnir. Onlara tapşırıqlarını icra edən bir neçə nəfərlik komanda kömək edir. Buna görə də empatiya, liderlik kimi yumşaq bacarıqlar onlara şirkətdaxili işbirliyində kömək olur.

Problem həll etmə bacarığı:

Qarşılaşılan çətinlikləri təhlil etmək və həll yolları hazırlamaq bacarığı mütəxəssislərə problemlərinin sürətli və effektiv həlli yollarını tapmağa imkan verir.

reqemsal-marketinq, reqemsal-marketoloq, reklam, marketinq-agentliyi, marketinq

Rəqəmsal Marketinq Mütəxəssisi olmağın üstünlükləri nələrdir?

Bu sferada mütəxəssis olmaq bir çox sahədə bilik tələb etmək kimi çətinlikləri gətirsə də, faydaları da çoxdur. Ünsiyyət qurmağı sevən dinamik və yaradıcı insanlar üçün ideal olan bu peşə olduqca yorucu olsa da, əyləncəli və zövqlüdür. Bu peşə ilə insan hər zaman özünü təkmilləşdirə, yaradıcılığından maksimum səviyyədə yararlanmaq imkanı əldə edə bilər. Rəqəmsal marketinq üzrə mütəxəssis hazırlığı və düzgün iş üsulları ilə xidmət etdiyi brendin güclənməsinə töhfə verən insan öz işi və performansı ilə qürur duyur.

Marketinq mütəxəssisi nə qədər çox inkişaf etsə, bir o qədər yaxşı pul qazana bilər və həyat keyfiyyətini yaxşılaşdırmaq imkanı əldə edir. Xüsusilə geniş çeşidli təlimlərlə öz kompetensiyalarını artıran mütəxəssis işində daha uğurlu və bacarıqlı olur. Bəzi rəqəmsal marketoloqlar öz brendlərini daha çox tanıdır və karyeralarını növbəti səviyyəyə qaldırırlar. Bu səbəbdən rəqəmsal marketinq mütəxəssisi iş elanları bu gün böyük tələbatdır.

Hər bir rəqəmsal marketinq mütəxəssisinin bilməli olduğu 10 əsas alət hansılardır?

Rəqəmsal marketinq mütəxəssisinin uğurlu kampaniyalar aparması üçün aşağıdakı müxtəlif alətlər ilə işləməyi bacarması vacibdir:

  1. Google Analytics: Veb-sayt trafikinə, istifadəçi davranışına və kampaniya performansına nəzarət etmək üçün istifadə olunur.
  2. Google Ads: “Google”da reklam kampaniyaları yaratmaqla hədəflənmiş açar sözlərdə görünmə qabiliyyətini artırır.
  3. Yandex ads: Rusiya və MDB ölkələrində daha geniş yayılmış “Yandex”də reklam kampaniyaları yaratmaq və önə çıxmaq üçün istifadə olunur. 
  4. Meta Business Suite: “Facebook” ve “Instagram” və “Network Audience” üzərindən reklam kampaniyaları yaratmaq və səhifələri idarə etmək üçün istifadə olunur.
  5. SEMrush və ya Ahrefs: SEO analizi edərək açar sözləri araşdırmaq, rəqabət analizi etmək ve “backlink”ləri izləmək üçün önəmli olan alətlərdir.
  6. Google Trends: Populyar axtarış yönlərini və trendləri izləmək üçün istifadə olunur.
  7. Google Keyword Planner: Açar söz araşdırması edərək SEO və reklam strategiyaları üçün istifadə olunur.
  8. Google Search Console: Veb-saytınızın performansını izləyir, onun indeksləşdirmə statusunu yoxlayır və SEO təkmilləşdirmələri etməyə yardım edir.
  9. WordPress: Veb-saytları yaratmaq və idarə etmək üçün istifadə olunan ən əsas alət məhz “WordPress”dir.
  10. MailChimp və ya HubSpot: Email marketinq kampaniyaları yaratmaq, göndərmək və izləmək üçün istifadə olunur.
reqemsal-marketinq, reqemsal-marketoloq, reklam, marketinq-agentliyi, marketinq, marketinq-maaş

Necə Rəqəmsal Marketinq Mütəxəssisi Olmaq olar?

Hazırda bazarda tələb olunan vakant yerlərə nəzər salsaq, namizədlərin daha çox biznes, marketinq, iqtisadiyyat yönümlü ixtisasları bitirməsi tələb olunur, ancaq bu sahələrdə təhsil almadan da bu sahədə uğur qazanmaq mümkündür. Çünki əsl önəmli olan marketinq mütəxəssisinin malik olmalı olduğu keyfiyyətlərdir.

Bu sahədə müxtəlif təlimlər, təqaüd proqramları və kurslar mövcuddur. Bu yolla özünü ən yaxşı şəkildə yetişdirmək istəyən insanlar bu sahədə peşəkar ola bilərlər.

reqemsal-marketinq, reqemsal-marketoloq, reklam, marketinq-agentliyi, marketinq

Niyə şirkətinizin rəqəmsal marketinq işlərini mütəxəssislərə həvalə etməlisiniz?

Yazımızdan göründüyü kimi rəqəmsal marketinq işləri detallı, çoxşaxəli və zaman tələb edən sahədir. Buna görə də hər bir şirkətin biznesini böyütmək üçün rəqəmsal işlər üzrə yardım ala biləcəyi komandaya və ya mütəxəssislərə ehtiyacı var.

“Ondigital” Agentliyi isə rəqəmsal marketinq üzrə təcrübəyə sahib mütəxəssislərdən və kadrlardan ibarətdir. Komandamızın göstərdiyi xidmətlər ilə keçiddən istifadə edərək tanış ola bilərsiniz.
Şirkətinizin problemlərinə rəqəmsal həllər istəyirsinizsə, bizə müraciət edin!