Meta platforması – yəni Facebook və Instagram – rəqəmsal marketinqin əsas alətlərindən biridir. Bu platformalarda reklam yerləşdirmək sadəcə vizual yaratmaqdan ibarət deyil. Əsl uğur üçün düzgün struktur, auditoriya mərhələləşdirilməsi və məqsədyönlü reklam strategiyası vacibdir.Bu blogda Meta reklamlarının texniki strukturunun əsas prinsipləri, eləcə də auditoriyanın soyuq, isti və alışa hazır mərhələlərə bölünərək məqsədyönlü şəkildə hədəflənməsi olaraq 2 yöndən də ətraflı şəkildə bəhs ediləcək.

Meta Reklamlarının Ümumi Strukturu

meta struktur

Meta Ads Manager-də reklam kampaniyası üç əsas səviyyədən ibarətdir:Campaign (kampaniya), Ad set(reklam qrupu) və Ad (reklam). Hər bir mərhələ öz funksiyasına malikdir və düzgün konfiqurasiya olunmalıdır.

1. Kampaniya Səviyyəsi (Campaign Level)

Bu mərhələ reklamın strateji məqsədini müəyyən edir. Yəni, reklamdan nə nəticə gözlədiyinizə qərar verirsiniz. Meta aşağıdakı məqsədləri təqdim edir:

  • Awareness – Brendin tanıdılması və daha çox insana çatmaq
  • Traffic – Sayta keçid, video baxışları və form doldurma kimi hərəkətlərin təşviqi
  • Engagement – Postlarla qarşılıqlı əlaqə, tətbiq yükləməsi, mağaza ziyarətləri
  • Leads – Müştəri məlumatlarının toplanması
  • App Promotion – Mobil tətbiqlərin tanıtımı və yüklənməsi
  • Sales (Conversions) – Məhsul və ya xidmətin satışına yönəlmiş reklamlar
meta ads kampaniya

Bu səviyyədə həmçinin Campaign Budget Optimization (CBO) funksiyasını aktivləşdirə bilərsiniz. Bu funksiya reklam büdcənizi reklam qrupları arasında Meta-nın öz alqoritmi ilə avtomatik şəkildə bölüşdürür – hansı qrup daha yaxşı nəticə verirsə, büdcə oraya yönləndirilir.

2.Reklam Qrupu Səviyyəsi (Ad Set Level)

Burada reklamın kimə, harada və nə vaxt göstəriləcəyi müəyyənləşdirilir. Bu səviyyə daha taktiki xarakter daşıyır və aşağıdakı parametrlər əsasdır:

  • Auditoriya seçimi: Yaş, cins, coğrafiya, maraqlar, davranışlar
  • Placement (yerləşdirmə): Facebook News Feed, Instagram Stories, Reels, Marketplace və s.
  • Büdcə və zamanlama: Gündəlik və ya ümumi büdcə, reklamın başlama və bitmə tarixləri
  • Custom Audience və Lookalike Audience: Mövcud müştəri bazasına və ya sayt ziyarətçilərinə əsaslanan auditoriyalar
  • Retargeting listələri: Daha əvvəl sizinlə qarşılıqlı əlaqədə olmuş şəxslərə yenidən reklam göstərmək
meta ad set

Ad Set səviyyəsi düzgün qurulmazsa, ən kreativ reklamlar belə lazımi effekti verməyə bilər.

3.Reklam Səviyyəsi (Ad Level)

Bu, reklamın vizual və mətn elementlərinin yaradıldığı mərhələdir. Burada əsas məqsəd auditoriyanın diqqətini çəkmək, mesajı aydın çatdırmaq və onları hərəkətə keçirməyə təşviq etməkdir.

  • Vizual formatlar: Şəkil, video, carousel (slayd formatında)
  • Mətn elementləri: Başlıq, əsas reklam mətni, CTA (Call-to-Action) düymələri – məsələn, “İndi al”, “Ətraflı bax” və s.
  • Link və izləmə parametrləri: Məhsul linkləri, UTM tagləri, Pixel izləmə kodları
  • Kreativ A/B testlər: Eyni reklamın fərqli vizual və ya mətnlə təqdim edilməsi və performansın müqayisəsi

Soyuq-isti auditoriyada nə etmək lazımdır?

Meta reklamlarında yüksək nəticə əldə etməyin əsas şərtlərindən biri auditoriyanın davranış əsaslı mərhələlərə bölünməsidir. OnDigital olaraq, tətbiq etdiyimiz bu yanaşma istifadəçilərə doğru zamanda, doğru mesajı təqdim etməyə imkan verir. Üç əsas auditoriya qrupu mövcuddur: Soyuq, İsti və Alışa hazır (Hot) auditoriya.

reklam strukturu

1.Soyuq Auditoriya (Cold Audience)

Bu qrup brendinizlə heç vaxt qarşılaşmamış, sizi tanımayan şəxslərdən ibarətdir. Məqsəd – onların diqqətini ilk dəfə çəkmək və brendinizə maraq oyatmaqdır.

Hədəfləmə üsulları:

  • Maraqlara əsaslanan seçimlər (məsələn: moda, səyahət, valideynlik)
  • Davranışlar üzrə filtr (onlayn alış-veriş edənlər, tez-tez səyahət edənlər)
  • Lookalike audience – mövcud müştərilərinizə bənzər yeni istifadəçilər

Tövsiyə olunan reklam formatları:

  • Qısa və emosional videolar
  • Tanıtım vizualları
  • Instagram və Facebook Stories-də yayımlanan məzmunlar

Bu auditoriya üçün vizualın diqqətçəkici, mesajın isə emosional və sadə olması önəmlidir. Məqsəd satış deyil, ilk təmas yaratmaq və brendi yad olmayan bir ad halına gətirməkdir.

2.İsti Auditoriya (Warm Audience)

İsti auditoriya artıq sizinlə qarşılıqlı əlaqəyə girmiş, lakin alış etməmiş istifadəçilərdir. Onlar sizi tanıyır, amma hələ qərar verməyiblər.

Hədəfləmə üsulları:

  • Veb saytınızı son 30-60 gün ərzində ziyarət etmiş şəxslər
  • Sosial media postlarınıza like edən, şərh yazan və ya profilə baxan istifadəçilər
  • Video reklamlarınızın ən azı 25%-ni izləyən şəxslər

Tövsiyə olunan reklam formatları:

  • Carousel reklamlar – bir neçə məhsulu vizual şəkildə təqdim etmək imkanı yaradır
  • Testimonial videolar – real müştəri rəyləri
  • Məhsulun istifadəsini göstərən qısa, izahlı video və şəkillər

Bu mərhələdə əsas məqsəd marağı dərinləşdirmək və istifadəçiyə qərar verməsi üçün səbəblər göstərməkdir. Yəni artıq sadəcə sizi tanıtmaq deyil, təqdim etdiyiniz dəyəri sübut etmək ön plana çıxır.

3.Alışa Hazır Auditoriya (Hot Audience)

Bu auditoriya satış huni üzrə ən alt mərhələdə yer alır. Onlar məhsulu səbətə atıb almayan, checkout səhifəsində çıxıb gedən və ya daha əvvəl alış etmiş şəxslərdir. Məqsəd – onların qərarını sürətləndirmək və alışı tamamlatdırmaqdır.

Hədəfləmə üsulları:

  • Səbətə məhsul əlavə edən, lakin almayan şəxslər (Add to Cart)
  • Checkout səhifəsinə keçib yarımçıq qoyanlar
  • Mövcud müştəri siyahısı – email və telefon bazası ilə yaradılan Custom Audience

Tövsiyə olunan reklam formatları:

  • Endirim və kupon təklifləri ilə CTA-heavy (Call-To-Action) reklamlar
  • “Səbətdə unutdunuz” tipli xatırlatma vizualları
  • Qısa müddətli kampaniyalar və məhdud təkliflər

Bu auditoriyaya təqdim edilən mesaj təcili qərar verməyə təşviq etməlidir. Burada daha az tanıtım, daha çox satış yönümlü çağırışlar önəmlidir.

Struktur və auditoriyanın strategiyaya uyğunlaşdırılması

Reklam strukturu sadəcə texniki plan deyil – bu,strategiyanın vizual formasıdır. Hər səviyyə bir məqsəd daşıyır və auditoriya mərhələsinə uyğun planlaşdırılmalıdır.

MərhələKampaniya MəqsədiReklam FormatıAuditoriya
AwarenessBrand AwarenessVideo, ReachCold Audience
ConsiderationTraffic, EngagementCarousel, Lead FormWarm Audience
ConversionSales, ConversionsCTA-heavy, Offer-basedHot Audience

Uğurlu Meta Reklam Strategiyası üçün Tövsiyələr

  • Auditoriyanı əvvəlcədən mərhələləşdirin.
  • Hər mərhələyə uyğun reklam məqsədini seçin.
  • Pixel və Conversion Event-ləri düzgün qurun.
  • Strategiyanı “soyuqdan – istiyə – alışa” ardıcıllığı ilə planlaşdırın.
  • A/B testlərlə davamlı olaraq performansı təhlil edin.
  • Retargeting və lookalike funksiyalarını mütləq istifadə edin.

Meta reklamları texniki biliklərlə yanaşı, dəqiq planlaşdırma və strateji düşüncə tələb edir. Kampaniyaları başdan sona qədər düşünülmüş şəkildə qurmaqla, siz həm marka tanınmasını artıracaq, həm də konversiya nəticələrinizi optimallaşdıracaqsınız.

Meta reklamlarında uğur qazanmaq üçün sadəcə reklam vermək yetmir. Düzgün plan, doğru auditoriya və uyğun məzmun vacibdir. OnDigital olaraq, bütün bu prosesi peşəkar şəkildə idarə etmək və brendinizi effektiv şəkildə tanıtmaq üçün Rəqəmsal Marketinq xidmətimizə müraciət edə bilərsiniz.