
Meta Pixel (əvvəlki adı ilə Facebook Pixel) — Meta Ads (Facebook və Instagram reklamları) üçün hazırlanmış kiçik kod parçasıdır. Bu kod vebsaytınıza əlavə olunur və sayta daxil olan istifadəçilərin davranışlarını izləməyə imkan verir. Reklam kampaniyalarınızı daha effektiv şəkildə ölçməyə və optimallaşdırmağa imkan verir.
Bir sözlə, Meta Pixel saytınıza gələn ziyarətçilərin davranışlarını analiz etmək üçün əlavə edilmiş kod parçasıdır. Məsələn, biri məhsula baxıb səbətə əlavə edir, amma almadan çıxır. Piksel bu davranışları izləyərək sonradan həmin auditoriyanı retargeting etməyə imkan verir.
Meta pixel nə üçün istifadə edilir?
Meta Pixel quraşdırılmasının əsas məqsədi vebsayt və Meta Ads ilə əlaqə yaradıb, reklam nəticələrini ölçmək, auditoriyanı anlamaq və konversiyaları artırmaqdır. Yəni, bu alət sayəsində siz reklamlarınızın kimə, nə vaxt və necə nəticə verdiyini real vaxtda izləyib təhlil edə bilirsiniz.
Əgər siz Meta Ads vasitəsilə satış və ya lead toplamaq istəyirsinizsə, Meta Piksel olmadan bu prosesi ölçmək mümkün deyil. Piksel, sayt ziyarətçilərinin hərəkətlərini qeydə alaraq, onların hansı mərhələdə qərar verdiyini və harada itirildiyini göstərir.
1. İstifadəçi davranışını izləmək
Meta Pixel sayəsində saytınıza gələn hər bir istifadəçi barədə məlumat toplanır. Yəni biz hansı səhifəyə daxil olduğunu, hansı məhsula baxdığını və ya səbətə əlavə etdiyini, saytda nə qədər müddət qaldığını ölçə bilərik.
2. Reklam optimallaşdırması
Meta Pixel yalnız vebsayta daxil olan müştərilərin davranışlarını izləmək üçün deyil, həm də reklamların düzgün şəkildə hədəflənməsinə və optimallaşdırılmasına kömək edir.
Meta sistemi Piksel vasitəsilə toplanan məlumatları analiz edilir, ən çox alış edən auditoriya tipini müəyyənləşdirilir və gələcək reklamlarda həmin auditoriya hədəflənir. .
Bu proses “Machine Learning Optimization” adlanır və nəticədə siz daha yüksək CTR, CPA, ROAS əldə edirsiniz. ROAS-ın nə olduğu ilə bağlı ətraflı məlumat üçün bloqa keçid edin.
3. Konversiyaları ölçmək
Meta Pixel, konversiyaları ölçmək və reklam kampaniyalarının effektivliyini dəqiq izləmək üçün istifadə olunur. Məsələn, siz ‘Satın al’ və ya ‘Formu doldur’ kimi konversiya hadisələrini xüsusi eventlər olaraq təyin edib izləyə bilərsiniz.

Meta Pikselin üstünlükləri nələrdir?
Meta Piksel reklamlarınızı daha dəqiq hədəf auditoriyaya göstərməyə, büdcəni səmərəli bölməyə və konversiyaları artırmağa imkan verir.
Dəqiq reklam targetingi
Piksel saytdakı hərəkətləri izləyərək məhsula baxanların, səbətə əlavə edənlərin və alış-veriş edənlərin məlumatları əsasında daha dəqiq hədəfləmə aparır.
Konversiyaların ölçülməsi
Meta Piksel reklamlarınızın nəticələrini aydın şəkildə təqdim edir. Bu, reklam büdcənizin gəlirə necə təsir etdiyini dəqiq ölçməyə imkan verir.
Retargeting (yenidən hədəfləmə) imkanı
Meta Piksel vasitəsilə sayta daxil olub alış etməmiş şəxsləri yenidən hədəfləyə bilərsiniz.
Lookalike (oxşar) auditoriyalar yaratmaq
Meta Pikselin topladığı məlumatlar əsasında siz həmçinin Lookalike Audience də yarada bilərsiniz.
Meta Pixel necə yaradılır?
1. Meta Business Manager hesabı yaradın.
–business.facebook.com saytına daxil olun.
-Yeni Business hesab yaradın və şirkət məlumatlarını əlavə edin
2. Yeni Meta Piksel yaradın.
- Business Manager-də sol menyudan “Data Sources → Pixels” bölməsinə keçin
- “Add” düyməsinə klikləyin.
- Piksel üçün ad seçin və saytınızın URL ünvanını daxil edin.
- “Continue” düyməsini sıxın.
Bundan sonra Meta sizin üçün unikal Piksel ID yaradacaq.
Meta Piksel ID nədir?
Meta Piksel ID sizin Meta Pikselinizin unikal identifikasiya nömrəsidir (yəni şəxsiyyət nömrəsi kimi). Bu ID, Meta sistemində hər bir Pikseli digərlərindən fərqləndirir və Meta Ads Manager, Events Manager, GTM və saytınız arasında məlumat axınını idarə edir. Sadə dillə desək, Piksel ID sizin Piksel kodunuzun adresidir. Meta sistemləri bu ID vasitəsilə məlumatın hansı biznes və sayta məxsus olduğunu bilir.
3. Meta Pikseli veb saytınıza əlavə edin.
Meta Pikseli iki üsulla quraşdıra bilərsiniz:
Birinci üsul: Əl ilə əlavə etmək
- Meta tərəfindən yaradılan Piksel kodunu kopyalayın.
- Veb saytınızın <head> hissəsinə yapışdırın.
- Dəyişiklikləri yadda saxlayın.
- Pikselin işlədiyini Meta Pixel Helper uzantısı ilə yoxlayın.

İkinci üsul: Google Tag Manager (GTM) vasitəsilə əlavə etmək
- tagmanager.google.com saytına daxil olun.
- “Tags” bölməsində New seçin.
- Tag növü kimi Custom HTML seçin.
- Meta Piksel kodunu ora yapışdırın.
- “Triggering” hissəsində All Pages seçin.
- Save → Submit → Publish edin.
- GTM-in Preview rejimi ilə Pikselin işləməsini yoxlayın.
4. Pikselin aktivliyini test edin.
- Brauzerdə Meta Pixel Helper uzantısını açın.
- Saytınızı ziyarət edin və Pikselin aktiv olub-olmadığını yoxlayın.
Meta Piksel izləməsi necə aparılır və nəticələr necə ölçülür?
Meta Piksel yalnız reklam yerləşdirmək üçün deyil, həm də onların effektivliyini ölçmək, davranış analitikası aparmaq və optimallaşdırma qərarları vermək üçün istifadə olunur. Meta Pixelin düzgün qurulması reklam nəticələrinin dəqiq ölçülməsi və optimallaşdırılması üçün əsas şərtlərdən biridir. Əgər Meta Piksel səhv quraşdırılıbsa, Meta Ads Managerdə konversiyalar düzgün görünməyəcək və reklam kampaniyalarınız real nəticə verməyəcək.
Rəqəmsal dünyada uğur qazanmaq üçün təkcə Meta piksel deyil, doğru strategiya da vacibdir. OnDigital Agency olaraq biz SEO, Meta Ads, Google Ads və SMM xidmətləri ilə brendinizi inkişaf etdirməyə hazırıq.