http ,http status kodlar,server,redirect,Hyper Text Transfer Protocol

HTTP Status Kodları Nədir?

HTTP (Hyper Text Transfer Protocol) — istifadəçinin brauzeri ilə veb server arasında məlumat mübadiləsini təmin edən əsas protokoldur. Hər sorğu serverə göndərildikdə, server cavab olaraq müəyyən bir HTTP status kodu qaytarır. Bu kodlar sorğunun uğurla yerinə yetirilib-yetirilmədiyini, yönləndirmə olub-olmadığını və ya xətaların meydana gəldiyini bildirir.

Niyə HTTP Status Kodları Önəmlidir?

1.İstifadəçi Təcrübəsi:

Düzgün status kodları istifadəçilərə səhifənin mövcud olduğunu, keçici və ya daimi yönləndirmə olduğunu, yoxsa səhv baş verdiyini göstərir. Məsələn, 404 Not Found səhifənin mövcud olmadığını bildirir.

2.SEO (Axtarış Motoru Optimallaşdırması):

 Axtarış motorları saytları tarayarkən (crawl) HTTP status kodlarına baxır. Doğru status kodları saytın düzgün indekslənməsinə, səhifələrin SEO dəyərinin qorunmasına və tarama büdcəsinin səmərəli istifadəsinə kömək edir.

3.Texniki İdarəetmə:

Server administratorları üçün status kodları saytın sağlamlığını izləmək və xətaları tez aşkar etmək üçün vacibdir. Məsələn, 500 Internal Server Error server xətasını göstərir və səhifənin taranmasını əngəlləyir.

Qısaca: HTTP status kodları həm istifadəçilər, həm axtarış motorları, həm də sayt sahibləri üçün kritik məlumat mənbəyidir. Düzgün idarə olunması saytın uğuru üçün vacibdir.

HTTP status kodları 5 qrupa bölünür:

1. Məlumatlandırıcı HTTP status kodları (100 – 199)

100–199 aralığındakı kodlar serverin sorğunu qəbul etdiyini, işləmə prosesində olduğunu göstərir.

  • HTTP 100 (Continue) – Sorğu uğurla qəbul edilib, server cavabı göndərməyə hazırdır.
  • HTTP 101 (Switching Protocols) – Server istifadəçinin istədiyi protokolu dəyişdirir.
  • HTTP 102 (Processing, WebDAV) – Server sorğunu alıb emal edir.
  • HTTP 103 (Early Hints) – Server cavabı göndərmədən əvvəl bəzi başlıqları təqdim edir.

2. Uğurlu HTTP status kodları (200 – 299)

Bu kodlar serverin sorğunu uğurla icra etdiyini göstərir.

  • HTTP 200 (OK) – Sorğu uğurla icra olunub, heç bir problem yoxdur.
  • HTTP 201 (Created) – Sorğu uğurla icra edilib və yeni resurs yaradılıb.
  • HTTP 202 (Accepted) – Sorğu qəbul edilib, amma hələ tamamlanmayıb.
  • HTTP 203 (Non-Authoritative Information) – Sorğu uğurludur, amma məlumat serverdə dəyişdirilib.
  • HTTP 204 (No Content) – Sorğu alınıb, amma əlavə məlumat yoxdur.
  • HTTP 205 (Reset Content) – Sorğu uğurla icra olunub, istifadəçiyə səhifəni sıfırlaması bildirilir.

3. Yönləndirmə HTTP status kodları (300 – 399)

Bu kodlar URL dəyişikliklərini və yönləndirmələri göstərir.

  • HTTP 300 (Multiple Choice) – İstifadəçiyə bir neçə seçim təklif olunur.
  • HTTP 301 (Moved Permanently) – Resurs daimi olaraq yeni URL-ə köçürülüb.
  • HTTP 302 (Found / Moved Temporarily) – Resurs müvəqqəti olaraq başqa URL-ə yönləndirilib.
  • HTTP 303 (See Other) – Sorğu başqa URL-ə yönləndirilib.
  • HTTP 304 (Not Modified) – Resurs dəyişməyib, önbellekdən istifadə olunur.
  • HTTP 307 (Temporary Redirect) – Müvəqqəti yönləndirmə.
  • HTTP 308 (Permanent Redirect) – Daimi yönləndirmə.

4. İstifadəçi xətası HTTP status kodları (400 – 499)

Bu kodlar istifadəçinin sorğusunda problem olduğunu göstərir.

  • HTTP 400 (Bad Request) – Sorğu düzgün deyil.
  • HTTP 401 (Unauthorized) – Yetkilendirme tələb olunur.
  • HTTP 402 (Payment Required) – Ödəniş tələb olunur.
  • HTTP 403 (Forbidden) – İcazə yoxdur.
  • HTTP 404 (Not Found) – Səhifə tapılmadı.
  • HTTP 405 (Method Not Allowed) – Metod dəstəklənmir.
  • HTTP 410 (Gone) – Resurs mövcud deyil.
  • HTTP 411 – 417 – Müxtəlif qabaqlayıcı və ön şərt xətaları.
  • HTTP 421 (Misdirected Request) – Sorğu səhv serverə yönəldilib.
  • HTTP 429 (Too Many Requests) – Çox sayda sorğu göndərilib.
  • HTTP 451 (Unavailable For Legal Reasons) – Hüquqi səbəblərə görə əlçatmaz.

5. Server xətası HTTP status kodları (500 – 599)

Serverin sorğunu icra edə bilmədiyini göstərir.

  • HTTP 500 (Internal Server Error) – Gözlənilməz server xətası.
  • HTTP 501 (Not Implemented) – Server sorğunu icra etmək imkanına malik deyil.
  • HTTP 502 (Bad Gateway) – Proxy serverdən səhv cavab alınıb.
  • HTTP 503 (Service Unavailable) – Xidmət mövcud deyil.
  • HTTP 504 (Gateway Timeout) – Proxy server sorğunu vaxtında göndərə bilməyib.
  • HTTP 511 (Network Authentication Required) – Şəbəkəyə giriş üçün identifikasiya tələb olunur.
Https status kodları,https ,status kodları,server,Hyper Text Transfer Protocol

HTTP status kodları və xətalarını necə yoxlamaq olar?

Veb saytların düzgün işləməsi və SEO performansının qorunması üçün HTTP status kodlarını və mümkün xətaları mütəmadi olaraq yoxlamaq vacibdir. Sadəcə səhvləri görmək kifayət etmir; onların səbəblərini anlamaq və həll etmək də önəmlidir. Bunu həm özünüz edə, həm də sahə üzrə mütəxəssislərdən kömək ala bilərsiniz.

HTTP xətalarını yoxlamağın əsas üsulları:

1.Brauzer vasitəsilə birbaşa yoxlama

Bir çox HTTP status kodlarını sadə şəkildə brauzer üzərindən yoxlamaq mümkündür. Məsələn, 200 kodu səhifənin uğurla açıldığını göstərir, 500 servery xətaları isə səhifə yüklənmədikdə görünür. Lakin yönləndirmə xətələri brauzer vasitəsilə tam görünməyə bilər.

2.Postman

 Postman vasitəsilə HTTP sorğularını göndərib server cavablarını ətraflı analiz etmək olar. Bu üsul xətaları tapmaq və səhifələrin serverdən verdiyi cavabları dərindən öyrənmək üçün idealdır.

3.cURL

Komanda xətti vasitəsilə HTTP sorğularını göndərərək cavabları görə və xətaları birbaşa təhlil edə bilərsiniz. cURL həm Linux, həm Windows, həm də MacOS-da işləyir və tez-tez inkişaf etdiricilər tərəfindən istifadə olunur.

4.Fiddler

 Xüsusilə Windows istifadəçiləri üçün nəzərdə tutulmuş bu proqram veb saytın trafikini izləməyə, xətaları aşkar etməyə və yönləndirmələri yoxlamağa imkan verir.

5.Wireshark

 Şəbəkə paketlərini izləyən bu vasitə HTTP trafikini də analiz etməyə imkan verir. Trafik üzərindən HTTP cavab kodlarını görərək, səhvləri və server cavablarını dərindən öyrənmək mümkündür.

HTTP status kodlarının SEO-ya təsiri

HTTP status kodları SEO üçün çox önəmlidir, çünki axtarış motorlarının saytınızı tarama (crawl) və indeksləmə prosesinə birbaşa təsir göstərir. Əsas məqamlar bunlardır:

  • 200 OK – Səhifə mövcuddur və axtarış motorları tərəfindən problemsiz şəkildə tarana və indekslənə bilər.
  • 301 Moved Permanently – Resurs daimi olaraq yeni URL-ə köçürülüb. SEO dəyəri (link juice) köhnə URL-dən yeni URL-ə ötürülür.
  • 302 Found – Müvəqqəti yönləndirmədir və SEO dəyəri yeni URL-ə ötürülmür.
  • 404 Not Found – Səhifə mövcud deyil. Tez-tez 404 xətaları istifadəçi təcrübəsini pisləyir və SEO-ya mənfi təsir göstərə bilər.
  • 410 Gone – Səhifə daimi olaraq silinib və axtarış motorları tərəfindən indeksdən çıxarılmalıd
  • 500 Internal Server Error – Server xətasıdır və səhifənin taranmasına mane olur, bu da sıralamaya mənfi təsir göstərir.

SEO optimizasiyası üçün tövsiyələr:

  • Daimi URL dəyişiklikləri üçün 301 yönləndirmələrdən istifadə edin.
  • 404 xətalarını vaxtında düzəldin.
  • 302 yönləndirmələrdən həddindən artıq istifadə etməyin.
  • Server sağlamlığını qoruyun ki, 500 xətaları yaranmasın.

Nəticə 

HTTP status kodları saytınızın texniki sağlamlığı və SEO performansı üçün kritikdir. Doğru kodlar istifadəçi təcrübəsini yaxşılaşdırır, səhifələrin düzgün indekslənməsini təmin edir və axtarış motorlarındakı sıralamanı qoruyur. Ondigital agentliyi olaraq, saytların HTTP status kodlarını izləyir və SEO optimallaşdırması üçün düzgün idarəetmə təmin edirik.