Google My Business son zamanlarda bizneslərin inkişafı üçün əvəzsiz vasitəyə çevrilib. Bəs bu alətin hansı fayda və üstünlükləri var?

Google My Business nədir?

Google My Business  korporativ və kiçik biznes sahibləri üçün ən mühüm alətlərdən biridir. Bu, şirkətlərin “Google” axtarışında və “Google Maps”də daha görünən olmalarını təmin edən pulsuz bir alətdir. Əsas məqsədi müştərilərlə rahat əlaqə qurmaq olan “Google My Business” ilə müştərilər sizin biznesiniz haqqında daha çox məlumat ala və sizi asanlıqla tapa bilərlər.

Şirkət və ya bizneslər “Google My Business” hesabı açaraq, iş saatlarını, ünvanını, telefon nömrəsini və müştəri şərhlərini axtarışlarda ön plana çıxara bilər.

google-my-business, reklam-agentliyi

Niyə biznesiniz üçün Google My Business önəmlidir?

“Google My Business” dünyanın hər yanındakı şirkətlər üçün böyük bir avantaj təqdim edən təcrübədir. Biznesinizin varlığını “Google” axtarışlarında və xəritələrində önə çıxarmaq üçün “Google My Business”də mövcud olmaq olduqca mühüm məsələdir.

Bəs biznesinizin “Google” xəritə və axtarışlarında ön plana çıxması biznesinizə nə qatacaq?

  1. Görünürlük: İnsanlar bir məhsul və ya xidmət axtardıqda çox vaxt “Google” kimi axtarış sistemlərinə müraciət edirlər. Tətbiqdə hesabınız olduqda, şirkətiniz axtarış sistemlərində ön plana çıxr və daha asan tapılır. Bununla belə, biznesiniz lokal axtarış nəticələrində yüksək mövqedə göstəriləcək.
  2. Müştəri Təəssüratları: GMB müştərilərinizə təəssüratlarını və şərhlərini yazmağa imkan verir. Bu şərhlər, yeni müştərilərin sizinlə işləməyə qərar verərkən və ya sizin xidmətlərinizdən yararlanmaq istəyərkən referans alır.
  3. İnformasiya: Burada iş saatları, ünvan, əlaqə məlumatları və digər mühüm detallar asanlıqla dərc edilə bilər. Bu, müştərilərin sizin biznesinizə daha asan və tez əlaqə saxlamağını təmin edir.
  4. Statistika: Təhlil məlumatlarına daxil olaraq, siz müştərilərinizin sizi necə tapdığını, hansı gün və saatlarda daha çox ziyarət edildiyi və digər faydalı statistikalara baxa bilərsiniz.

google-my-business, google-biznes, biznes-google, marketinq-agentliyi, reklam-agentliyi, reqemsal-marketinq-agentliyi

Google My Business və SEO

“Google My Business” və Axtarış Motoru Optimizasiyası (SEO) kombinasiyası, biznes sahibləri üçün böyük imkanlardan biridir. Bu iki alətin qarşılıqlı əlaqəsi, şirkətlərin onlayn varlığını təmin etməyə, axtarış sistemlərində önə çıxmağa və daha çox müştəri cəlb etməyə imkan yaradır. 

Ən əsası, o, lokal axtarışlarda yüksək sıralama əldə etmək üçün mükəmməl vasitədir. Biznesinizin fiziki ünvanını dərc edərək, ərazinizdəki müştərilər üçün relevant olaraq göstərilirsiniz. Bu, lokal xarakterli bizneslər üçün olduqca vacibdir, çünki insanlar xidmət və ya məhsul axtardıqda, ən yaxın variantları seçməyə üstünlük verirlər.

Müştərilər tərəfindən qoyulan şərhlər və reytinqlər biznesinizi daha etibarlı edir. Bu, “Google” tərəfindən yüksək keyfiyyətli və etibarlı qiymətləndirilərək SEO sıralamanıza təsir edə bilər.

Veb-saytınızı və yerli axtarış üçün onlayn mövcudluğu optimallaşdırarkən biznesiniz üçün SEO-nun bir hissəsi olan NAP (Ad, Ünvan, Telefon) düzgün və ardıcıl olmalıdır, çünki “Google” öz istifadəçiləri üçün dəqiq məlumatı qiymətləndirir. Məlumatların dolğun və doğruluğu sizi SEO sıralamasında ön plana çıxarır.

“Google My Business” profili vasitəsilə “Google” xəritələrində göstərilən iş yeriniz, müştərilərin sizi asanlıqla tapmağını və ziyarət etməyini asanlaşdırır. Bu, sizi axtarış nəticələrində daha görünən edir ki, bu da SEO sıralamasındakı yerinizi daha da möhkəmləndirir.

Google My Business profili necə qurulur? 

Ödənişsiz olaraq biznesinizin “Google My Business” profilini yaratmaq üçün ilk edəcəyiniz iş hesab açmaqdır. Daha sonra isə aşağıda qeyd olunan addımları izləyərək profilinizi tam hazır vəziyyətə gətirə bilərsiniz.

  • Məlumatlarınızı daxil etmək: İşinizin adını, ünvanını, telefon nömrəsini və veb-saytını daxil edin. Bu məlumatlar müştərilərin sizə asanlıqla nail olmasına kömək olacaq.
  • Kateqoriya seçimi: Biznesinizin fəaliyyət göstərdiyi kateqoriyanı seçin. Bu, “Google”un sizin işinizi axtarışlarda göstərməsinə yardım edir.
  • Şəkillər əlavə etmək: Ofisinizin, məkanınızın, ya da məhsul və xidmətlərinizin şəkillərini əlavə etmək “Google My Business” profili üçün olduqca önəmlidir. Çünki hazırda axtarış edən insanlar vizuala olduqca önəm verir.
  • İş saatlarını bəyan etmək: Müştərilərinizə iş yerinizin açıq və ya bağlı olduğunu bildirin. İş saatlarınızı və fəaliyyət göstərdiyiniz günləri qeyd edin.
  • Təsdiq etmək: “Google” ərəfindən daxil etdiyiniz məlumatların doğruluğunu təsdiqləmək üçün sizə bir kod göndəriləcək.. Bu kodu daxil etdikdən sonra profiliniz tam hazır olacaq.

“Google My Business” müştərilərlə daha yaxşı əlaqə qurmağa sizə kömək edəcək. Bundan sonrakı zaman ərzində xidmətdən tam istifadə etmək üçün profilinizi daim yeniləyin və müştərilərin rəylərinə diqqət edin.

google-my-business, google-biznes, biznes-google, marketinq-agentliyi, reklam-agentliyi, reqemsal-marketinq-agentliyi

Google My Business-də ünvan əlavə etmək necə olur?

Müştərilərinizin sizi daha asan tapması üçün ünvanınınızın da xəritələrdə görünməsi əsasdır. Bəs ünvanımızı burada necə göstərək?

Məkan əlavə etmək üçün əvvəlcə “Google My Business”də hesabınıza daxil olun. “Məlumat” bölməsində “Ünvan” düyməsinə klikləyin. Sonra ünvanınızı daxil edin və “Tətbiq et” düyməsinə basın. Nəzərə alın ki, tam ünvanınızı daxil etməlisiniz. Siz əlavə edə biləcəyiniz hər hansı məlumatı, məsələn, mərtəbə və bina nömrəsini əlavə etməlisiniz. 

Əgər bu addımdan sonra düzgün ünvanınız göstərilmirsə, pəncərənin sağ tərəfindəki xəritədə “Ünvanı təyin et” seçimindən istifadə edə bilərsiniz. Düyməyə klik etdikdən sonra xəritə açılacaq. Xəritə üzərində sancağı dartıb ünvanınızın mərkəzinə yerləşdirə bilərsiniz. 

Ünvanınızı daxil etdikdən sonra “Google” bu məlumatın doğruluğunu təsdiqləmək üçün sizə bir təsdiq kodu göndərəcək. Bu kodu “Google My Business” hesabınızda müvafiq yerə daxil edərək ünvanınızı təsdiq edin.

Biznesinizin digər filiallarını Google My Business-ə necə əlavə etmək olar?

Əgər biznesinizin birdən artıq şöbə və filialı varsa “Google My Business” vasitəsi ilə digər ünanlarınızı da xəritələrdə görünür edə bilərsiniz. 

  1. Əvvəlcə profilinizə daxil olun.
  2. Sonra “Ünvanları idarə et” seçiminə klikləyin.
  3. Yalnız yuxarı sağ küncdəki “Ünvan qrupu yaradın” bölməsini seçin..
  4. Ünvanlar qrupu üçün ad təyin edin və prosesi yekunlaşdırın.

Google My Business-də ünvanı necə dəyişmək olar?

Başqa ünvana köçərkən və ya iş yerinizi dəyişərkən ünvanın yenilənməsi olduqca vacibdir.

  • Bunun üçün hesaba daxil olduqdan sonra menyunun sol tərəfində olan “Məlumat” bölməsini seçin.
  • Daha sonra “Ünvan” bölməsini seçib redaktə edin.
  • Mövcud ünvanınızı birdəfəlik olaraq sildikdən sonra yeni ünvan məlumatlarınızı dəqiqliklə daxil edin.
  • Dəyişiklikləri yadda saxlayarkən “Google” tərəfindən sizə göndərilən qısa mesajı təsdiq üçün daxil edin.

Ünvan dəyişikliyi müştərilərinizin sizə asanlıqla tapa bilməsi üçün vacibdir. Bu səbəbdən, ünvanınızda hər hansı bir dəyişiklik baş verərsə, “Google My Business”də yeni ünvanı dərhal əks etdirməyə diqqət edin.

Google My Business ilə reklam niyə önəmlidir?

“Google My Business” vasitəsi ilə reklam vermək işinizin “Google”da görünüşünü artırmaq, yeni müştərilər cəlb etmək və satışları artırmaq üçün çox önəmlidir. “

Bəs “Google My Business” ilə reklam verməyin əsas məqsədləri nələrdir?

  1. Lokal müştəriləri cəlb etmək üçün verilən reklamlar, məkanınıza yaxın yaşayan və ya fəaliyyət göstərən müştəriləri cəlb etmək üçün çox effektivdir. İnsanlar “Google”da axtarış edərkən bu reklamlar sayəsində onlara ən yaxın və ən uyğun nəticələr arasında sizin reklamınız da yer alacaq.
  2. Mobil axtarışlarda önə çıxmaq üçün “Google” reklamları olduqca vacibdir. Bir çox istifadəçi mobil cihazlardan axtarış edir və reklam vermək işinizin mobil axtarışlarda da daha yuxarıda göstərilməsinə kömək edir.
  3. Daha çox müştəri daha çox reytinq deməkdir. “Google”da reklam verərkən məhsul və ya xidmətiniz daha çox insanın qarşısına çıxır. Bununla da, daha çox rəy, reytinq yığaraq ön planda ola bilərsiniz.

Öz reklamımı Google My Business-də necə verə bilərəm?

Reklam vermək üçün hesabınıza daxil olaraq əvvəlcə “Menyu”, daha sonra isə “Reklam yarat” bölməsinə daxil olmalısınız. Bu sizi Google Ads səhifəsinə yönləndirəcək.


“Google” reklamlarından daha səmərəli nəticə almaq istəyirsinizsə, “Ondigital” Rəqəmsal Marketinq Agentliyinə müraciət edə bilərsiniz. Komandamız “Google My Business” və Axtarış Motoru Optimizasiyası (SEO) xidmətlərinin kombinasiyası ilə xidmətinizi “Google”da ilk pillələrə daşıyacaq!