e-mail marketinq

E-mail marketinq müştərilərlə əlaqə qurmaq, mövcud əlaqələri genişləndirmək, marka şüurunu və satışları artırmaq üçün ən effektiv yollardan biridir.

E-mail Marketinq Nədir?

E-mail marketinq elektron poçt vasitəsilə potensial və mövcud müştərilərlə əlaqə qurmağa yönəlmiş bir reklam strategiyasıdır. Bu metod markaların müştərilərlə doğrudan əlaqədə olmağını, onlara öz məhsulları, xidmətləri və təklifləri haqqında məlumat verməyini təmin edir.

E-mail marketinqin əsas məqsədi, müştərilərin marağını cəlb etmək, onları satışa təhrik etmək və müştəri loyallığını artırmaqdır. Bu müştərilərə xüsusi endirimlər, yeni məhsul təklifləri, xəbərlər və digər məlumatlar göndərməklə baş verir.

E-mail marketinqin üstünlükləri nədir?

Bəs e-mail marketinq niyə lazımdır? Bu metodun populyarlığının səbəblərini anlamaq üçün onun əsas üstünlüklərinə nəzər yetirək:

1. Ucuz olması: Digər rəqəmsal marketinq xidmətləri kimi e-mail marketinq də ənənəvi reklam üsullarından fərqli olaraq daha az büdcə tələb edir. Bu xüsusi ilə kiçik və orta ölçülü iş sahibləri üçün cazibədar bir seçimdir.

2. Ölçülə bilmə imkanı: E-mail marketinq platformaları, kampaniyanızın effektivliyini ölçmək üçün detallı təhlil və hesabatlar təqdim edir. Bu, hər bir kampaniyanın nə qədər uğurlu olduğunu və hansı detallarda təkmilləşməyə ehtiyac olduğunu görməyə kömək edir.

3. Detallı hədəfləmə: E-mail siyahılarınızı seqmentləşdirməklə , müştərilərinizə daha şəxsi və uyğun məzmun təqdim edə bilərsiniz. Bu addım e-mailinizin oxunma ehtimalını artırır.

4. Daimi əlaqə: Müştərilərlə daimi və qarşılıqlı əlaqədə olmağınız önəmlidir. Bu, markanızın müştərilərin ağlında qalmasına kömək edir.

5. Geri dönüşlər: E-mail marketinq yüksək geri dönüş nisbəti ilə tanınır. Müştərilər e-poçtlara digər reklam kanallarına nisbətən daha tez cavab verirlər.

6. Ekoloji cəhətdən təmizlik: Fiziki reklam materiallarının istehsalı və dağıtımı üçün ağacların kəsilməsinə və enerji sərfinə ehtiyac yoxdur. E-mail marketinq ekoloji baxımdan sərfəlidir.

Nəticədə, e-mail marketinqin bir çox üstünlükləri vardır ki, bu da onu müasir marketinq dünyasında çox effektiv bir vasitə edir. Bu üstünlüklərdən faydalanaraq, işinizin uğurunu artıra və müştərilərinizlə daha dərin əlaqələr qura bilərsiniz.

E-mail marketinqdə strategiyanın qurulması

Müasir iş dünyasında müştərilərlə əlaqə qurmağın ən effektiv yollarından biri e-poçt marketinq xidməti olsa da, bu effektivliyi əldə etmək üçün düzgün bir stratejiya və planın olması mütləqdir. Aşağıda e-mail marketinq strategiyanızı qurmağa kömək edəcək əsas addımları təqdim edirik:

Doğru auditoriyanın seçilməsi

İlk addım, kimə e-mail göndərmək istədiyinizi müəyyən etməkdir. Doğru auditoriyanı seçmək kampaniyanızın uğurlu olmasında əsas rol oynayır.

  • Demoqrafik məlumatlar: Müştərilərinizin yaş, cins, məşğuliyyət və digər demoqrafik xüsusiyyətlərinə diqqət yetirin. Onları tanımağa cəhd edin.
  • Davranışlarr: Müştərilərinizin bütün hərəkətləri – veb-saytınızdakı fəaliyyəti və digər davranış xüsusiyyətləri e-mail məzmununuzu təyin etməkdə köməkçi ola bilər.
  • Müştəri səyahəti: Müştərilərinizin satınalma prosesində hansı mərhələdə olduğunu müəyyən edin və onlara uyğun məzmun təqdim edin.

Məzmunun yaradılması

Məzmun e-mail marketinqin ürəyidir. Müştərilərinizin marağını cəlb etmək və onları təsir altında saxlamaq üçün əvəzsiz kontent yaratmağınız vacibdir.

  • Başlıqlar: Başlığınız oxucunun diqqətini cəlb etməlidir. Başlığınızın qısa və başa düşülən olmasına diqqət edin.
  • Vizual: Vizuallar mətninizlə kombinasiya təşkil edərək oxucunun diqqətini cəlb etməkdə önəmli rola malikdir.
  • Kontent: E-mailinizdəki məzmun oxucuya dəyər təqdim etməlidir. Bu endirim təklifləri, yeni məhsullar və ya faydalı məqalələr ola bilər.

Təqvimin hazırlanması

E-mail marketinqdə davamlılıq çox vacibdir. Təqvim hazırlamaqla e-maillərinizi davamlı şəkildə göndərməyi təmin edə bilərsiniz.

  • Sıxlıq: Həftədə neçə dəfə e-mail göndərmək istədiyinizi müəyyən edin. Bu auditoriyanıza və məzmununuza bağlı olaraq dəyişə bilər. İndividual yanaşmaya bu addımda önəm göstərin.
  • Ən yaxşı vaxt: E-mailinizi göndərmək üçün ən yaxşı vaxtı müəyyən edin. Bu müştərilərinizin e-mailinizi oxuma ehtimalını artırır.
  • Kampaniya Planı: Öz kampaniyalarınızı planlaşdırın. Müxtəlif tədbirlər, bayramlar və digər xüsusi günlər üçün xüsusi e-maillər hazırlamaq önəmlidir.

Analitik təhlillər xüsusi önəm daşıyır

Siz bir çox e-poçt marketinq sistemlərində analitikadan istifadə edərək yeni e-poçt kampaniyalarını sınaqdan keçirə, nəticələri təhlil edə və düzəlişlər edə bilərsiniz. Marketoloqların ən çox diqqət yetirdiyi ölçülər açma, klikləmə, abunəlikdən çıxma dərəcələri və geridönüş nisbətləridir.

10 ən yaxşı email marketinq aləti

Bu alətlər veb-saytınızın ziyarətçilərinin (abunələrinin) e-poçtlarını toplamağa və tanıtımlar üçün  kampaniyaları göndərmək üçün siyahıları yaratmağa imkan verən platformadır.

Bununla belə, siz asanlıqla e-poçt qəbulu formalarını veb-saytınıza inteqrasiya edə, abunəçiləri idarə edə, e-poçt kampaniyaları göndərə, avtomatlaşdırılmış e-mailləri yarada, kliklərini izləyə bilərsiniz. Müxtəlif xüsusiyyətlərə malik çox sayda e-poçt marketinq aləti var. Aşağıda 10 ən populyar e-mail marketinq alətini təqdim edirik:

1. Mailchimp: Bu platforma  kampaniyalarınızı yaratmaq, avtomatlaşdırmaq və təhlil etmək üçün geniş imkanlar təqdim edir. Sadə interfeysi və çoxsaylı şablonları ilə tanınır.

2. SendinBlue: E-mail marketinqi ilə yanaşı, SMS kampaniyalarını da dəstəkləyən bu tətbiq. avtomatlaşdırma və təhlil funksiyaları ilə də tanınır.

3. Constant Contact: Geniş şablon kitabxana və təşkilatlar üçün tədris materialları təqdim edir.

4. GetResponse: Bu alət e-poçt kampaniyalarını yaratmaqdan əlavə olaraq, vebinarlar yaratmağa da imkan verir.

5. ActiveCampaign: CRM funksiyalarını dəstəkləməklə birgə, müştəri münasibətlərinin idarə edilməsini asanlaşdırır.

6. AWeber: Kampaniyalarınızı yaratmaq, göndərmək və izləmək üçün geniş funksiyalar təqdim edir.


7. MailerLite: Sadə və istifadəçi yönümlü interfeysi ilə tanınan MailerLite başlanğıc və orta ölçülü işlər üçün idealdır.

8. ConvertKit: Xüsusilə blogçular və kontent yaradıcıları üçün nəzərdə tutulmuşdur. Detallı seqmentasiya və avtomatlaşdırma imkanları ilə gəlir.

9. Drip: E-ticarət işləri üçün xüsusi olaraq hazırlanmışdır. Müştəri davranışına əsaslanan  e-poçtlar yaratmağa imkan verir.

10. Benchmark Email: Vizual e-poçt yaradıcıya sahibdir və çoxsaylı şablon və dizayn seçimləri ilə önə çıxır.

E-mail marketinq zamanı buraxılan əsas səhvlər hansılardır?

Hər nə qədər peşəkar alətlərdən istifadə olunsa da, e-mail marketinqinə xas olan spesifik səhvlər var ki, iş mühitində bu səhvlərlə tez-tez üzləşmək mümkündür. Bəs bu səhvlər başlıca olaraq nədən ibarətdir?

Yoxlanılmamış e-poçtlar göndərmək: 
E-mailləri göndərməzdən əvvəl onları yoxlamaq vacibdir. Kiçik səhvlər, yanlış bağlantılar və ya dizayn problemləri oxucunun diqqətini asanlıqla yayındırır.

Seqmentasiyasız göndərmək:
Bütün abunəçilərə eyni məzmunu göndərmək effektiv deyil. Müştərilərin maraqlarına və davranışlarına əsasən onları seqmentlərə ayırmaq daha yaxşı nəticələr əldə etməyə kömək edir.


Başlığa kifayət qədər diqqət göstərməmək:
Başlıq e-poçtunuzun açılma şansına böyük dərəcədə təsir edir. Maraqlı və diqqət cəlb edən başlıqlar istifadə etmək vacibdir.


Təsdiq almadan göndərmək:
İstifadəçilərdən icazə almadan e-poçtlar göndərmək yalnız abunəliyin dayandırılmasına səbəb ola bilər.


Test etmək:
E-mail marketinqdə e-poçtlarınızın məzmununu daim təkmilləşdirmək üçün A/B testlərindən istifadə etmək vacibdir.


Mobil optimallaşdırmağa diqqət göstərməmək:
Bir çox istifadəçi e-mailləri mobil cihazlarda oxuyur. Göndərdiyiniz maillərin mobil cihazlarda düzgün göstərilməsi üçün vizual və mətnləri optimallaşdırmaq vacibdir.

Kampaniyalarınızın uğurlu olması və geridönüşlərinizi artırmaq üçün yuxarıda sadalanan səhvlərdən çəkinməyə xüsusi diqqət göstərin. 

E-mail marketinq sahəsində dəstəyə ehtiyacınız var?

E-mail marketinq markanızın bilinirliyini artırmaq, satışları böyütmək və müştərilərlə uzunmüddətli münasibətlər qurmaq üçün əsas alətdir. Bizim komandamız sizin kampaniyalarınızı uğurla həyata keçirməkdə kömək edə biləcək təcrübəyə və bacarığa sahibdir.

E-mail marketinqin gücündən tam şəkildə yararlanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.