ChatGPT kimi süni intellekt texnologiyaları, rəqəmsal marketinq sahəsində işləri daha effektiv, yaradıcı və məhsuldar etmək üçün geniş imkanlar açır. Bu texnologiya marketoloqlara vaxt qazandırmaqla yanaşı, onların strategiyalarını ən yüksək səviyyədə işləməsini təmin edir. Bu yazıda, ChatGPT-nin rəqəmsal marketinqdə istifadə edilə biləcəyi 7 üsul üçün praktiki nümunələr və spesifik promptlar vermişik.

1. Kontent Yazılması və Optimizasiyası

Marketinqin uğuru yaxşı kontentdən başlayır. ChatGPT, mütəxəssislərə bloq yazıları, sosial media postları və SEO-ya uyğun məzmun yaratmaqda əsl köməkçi olur. Həm vaxtınıza qənaət edirsiniz, həm də doğru auditoriyaya çatmaq şansınız artır. İstər böyük layihələrdə, istərsə də gündəlik işlərdə bu, həqiqətən işinizi asanlaşdırır.

Nümunə sorğu (prompt):

  • Blog Yazısı üçün sorğu: “SEO-ya uyğun bir blog yazısı hazırla. Mövzu: ‘Rəqəmsal marketinqin kiçik bizneslər üçün faydaları.’ Yazı 1500-1800 söz olmalıdır. Açar sözlər: ‘rəqəmsal marketinq,’ ‘kiçik biznes,’ və ‘online reklam.’ İlk və son 150 sözdə əsas açar sözlərə yer ver. Giriş, əsas hissələr (faydalar, strategiyalar, nümunələr) və nəticədən ibarət olsun. Sadə və informativ yaz, statistikalar və nümunələrlə dəstəklə. H1, H2 başlıqlarında açar sözləri istifadə et. CTA ilə bitir.
  • Sosial media postu üçün sorğu: “Kiçik bizneslər üçün rəqəmsal marketinqi təşviq edən sosial media postu yaz. Ton: səmimi və motivasiyaedici. Uzunluq: 150-200 söz. Diqqət cəlb edən giriş, xidmətin üstünlükləri və ‘Bizimlə əlaqə saxlayın’ tərzində CTA daxil et. Hashtaglar: #RəqəmsalMarketinq #KiçikBiznes #UğurYolu.”

ChatGPT-nin təqdim etdiyimiz promptlara cavabı təkrar yoxlamaq əlavə keyfiyyət təmin edir.

2. Məzmunun Şəxsiləşdirilməsi

Auditoriyanızı daha yaxından tanımaq və şəxsiləşdirilmiş məzmun yaratmaq çox vacibdir. ChatGPT, hər müştəri qrupu üçün məzmunu təşkil etməyə kömək edir.

Nümunə sorğu (prompt):

  • “Qadın geyim mağazası üçün 25-34 yaş aralığındakı qadınları hədəfləyən, etnik dəyərlərə aid, maraqlı brend mesajı yaz.”

3. Sosial Media Strategiyası Hazırlamaq

Sosial mediada effektiv nəticələr əldə etmək üçün düzgün strategiya əsasdır. ChatGPT, optimal paylaşım vaxtları, yaradıcı heştaqlar və aktual tendensiyalar barədə faydalı tövsiyələr təqdim edir.

Nümunə sorğu (prompt):

  • “Instagram Reels üçün trendə uyğun ideyalar təklif edin.”

Nümunə cavablar:

  1. Məhsulun istifadədən əvvəl və sonra yaratdığı fərqi göstərən ‘Before/After’ video formatı
  2. Trend mahnılarla məhsulu nümayiş etdirən sürətli keçidlər.
  3. Hədəf auditoriya üçün gündəlik məsləhətlər paylaşan qısa və informativ videolar.

4. E-poçt Marketinq Məzmununun Hazırlanması

Effektiv e-poçt marketinqi üçün düzgün struktur və cəlbedici məzmun vacibdir. ChatGPT, diqqət çəkən başlıqlardan tutmuş, oxucunu hərəkətə gətirən çağırışlara (CTA) qədər tam e-poçt məzmunu hazırlamaq üçün ideal vasitədir.

Nümunə sorğu (prompt):

  • “30% endirim kampaniyası üçün qısa və cəlbedici e-poçt mesajı yaz.

Tələblər:

  • Başlıq: Cəlbedici olsun, məsələn, ‘30%-lik fürsəti qaçırmayın!’
  • Məzmun: Endirim detalları və faydalarını vurğula.
  • CTA: Hərəkətə çağır, məsələn, ‘Elə indi alın!’
  • Ton: Səmimi və təşviqedici.”

5. Rəqəmsal Reklamların Effektiv Yazılması


ChatGPT, reklam mətnlərinin daha cəlbedici və məqsədəuyğun olmasına kömək edir. Google Ads, Facebook və ya Instagram reklamları üçün kreativ məzmun hazırlamaq üçün istifadə edilə bilər.

Nümunə sorğu (prompt):

  • Kiçik bizneslər üçün rəqəmsal marketinq xidmətlərini təşviq edən bir Google Ads reklam mətn yaz.
    Uzunluq: Başlıq – 30 simvol, Açıklama – 90 simvol.
    Ton: Təşviqedici və peşəkar.”