seo xidməti, seo xidmeti, seo, marketinq agentliyi

Dünyaca tanınmış şirkətlərin bir çoxu üçün SEO xidməti üçün işlədikləri agentlik və ya daxili marketinq komandaları ilə layihələrin gedişatını izləmək üçün bir çox “layihə idarə etmə” proqramlarından istifadə edirlər. Bugün sizə bu alətlər arasında 5 məşhur proqramı təqdim edəcəyik. Bu alətlər layihənin uğurlu olma şansını sürətləndirir və onlayn işi effektiv edir. Əgər siz SEO üçün müasir layihə idarəetmə proqramından istifadə etməsəz, layihə müddətində kifayət qədər ciddi problemlərə üzləşəcəksiniz. Effektiv SEO-PM alətləri kifayət qədər çoxdur, lakin bunlar sırasında bəziləri daha çox işinizə kömək edə bilər. Biz isə sizin üçün onları ayıraraq xüsusiyyətlərini qeyd edirik. 

SEO layihə idarəetmə proqramı nədir? 

SEO layihə idarəetmə proqramı, fərdi və ya komandaların Axtarış Motoru Optimizasiyası (SEO) layihələrinə aid müxtəlif tapşırıqları effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, icra etmək və izləmək üçün hazırlanmış bir alətdir. Bu proqramlar, SEO kampaniyalarının əsas mərhələlərinin idarəedilməsini sürətləndirməyə kömək edir: açar sözlərin tədqiqi, məzmun yaratma, saytın optimizasiyası, backlink-lərin yaradılması, performans izləmə və digər aspektlər. Əlavə olaraq bu proqramların bir sıra faydaları mövcuddur, indi isə onları sizin üçün daha dərindən təqdim edəcəyik

SEO layihə idarəetmə proqramının faydaları nədir? 

SEO xidməti ilə məşğul olmaq vaxtın çox böyük bir hissəsini alır və hər hansı bir plansızlıqdan etdiyiniz səhv sizə baha başa gəlir. Alətlərin istifadəsi ediləcək tapşırıqları mərhələlərə bölərək SEO xidmətinizi daha yaxşı təmin etməyinizə kömək edir. 

SEO sahəsi çoxsaylı tədbir və paydaşları əhatə edir. Bu sahənin bütün hissələrin effektiv şəkildə hazırlanıb təhvil verilməsində project management alətləri kifayət qədər böyük rol oynayır. Müasir agile prinsipləri ilə işlədikdə bir sıra SEO xidməti strategiyası uğurla tamamlanır ki, bu da bizim xidmətimizi daha da uğurlu edir.

İndi isə istifadə də bizə yararlı olan və SEO xidmətimizi daha da dəqiqləşdirən proqramlar haqqında məlumatları əldə edək. SEO xidməti komandamızın bir neçə layihəni birlikdə və paylaşdıraraq aparmasına baxmayaraq bu alətlər nəticəsində tapşırıqlara və nəticələrə ümumi nəzarət edə bilirlər. Günlük və aylıq taskları isə asanlıqla izləmək mümkündür.

seo xidməti, seo xidmeti, marketinq agentliyi, reklam agentliyi

GanttPRO 

GanttPRO müxtəlif SEO komandaları tərəfindən geniş şəkildə istifadə olunan pullu və məşhur bir layihə idarəetmə alətidir. Bu proqram adından da göründüyü kimi Gantt cədvəli ilə komandaların SEO layihələrini və kampaniyalarını planlaşdırmaq və idarə etmək üçün lazımlı olan hər şeyi təmin edir. GanttPRO-un əsas xüsusiyyəti canlı bir Gantt cədvəlidir. Bu, layihələri təqdim etmək, resursları təyin etmək, həyata keçirmək, vaxt aralıqlarına nəzarət etmək üçün istifadə olunur.

SEO komandamız bunun vasitəsilə layihələrində tapşırıqların nə olduğunu aydın anlamaq üçün istifadə edirlər. Cədvəl hər hansı bir dövrü planlamağa, bir günü, bir ili və daha çox dövrü təşkil etməyə uyğun gəlir. GanttPRO, həm də əməkdaşlıq funksionallığı xüsusiyyəti ilə tanınır. SEO xidməti seniorları işçilərə rəy bildirmək, müəyyən dəyişiklikləri qeyd etmək üçün eyni cədvəldə işləyə bilərlər. GanttPro, əsasən, SEO xidmətimizin kiçik, ancaq uzunmüddətli tapşırıqlarında köməyimizə çatır.

SEO layihələrinin idarəetməsi üçün ən yaxşı 5 xüsusiyyəti: 

  • Gantt cədvəli ilə planlaşdırma. 
  • Tapşırıq idarəetməsi. 
  • Resurs idarəetməsi. 
  • Vaxt aralığının izləməsi. 
  • Dəyişikliklərin tarixi. 

Reytinq (avqust 2023): Capterra – 4.8/5, G2-4.8/5.

Qiymətləndirmə: aylıq olaraq ödəniş 7.99 ABŞ dollarından başlayır.

seo xidməti, seo xidmeti, seo agentliyi, reklam agentliyi

Asana

Bizim siyahımızdakı növbəti SEO layihə idarəetmə aləti Asana-dır. SEO xidməti üçün xüsusi olaraq hazırlanmayan bu platforma SEO sahəsində də  əsas funksiyaların bir çoxunu bacardığı üçün bloqumuza əlavə etdik. Bu, layihə menecerlərinə komanda üzvlərini təyin etmək, kiçik fəaliyyətləri daha böyük birləşdirilmiş layihələrə qruplaşdırmaq üçün fərdi tapşırıqları təyin etməyə imkan verir.

Bu, komanda üzvlərinin cari məqsədlərinə olan fokusu sürətləndirir. Asana-nın istifadəçi dostu siyahıları sayəsində SEO komandaları özlərinin əsas işlərinin, tapşırıq prioritetlərinin və yaxın zaman ərzində görülməli olan işlərin müddətlərini aydın şəkildə başa düşə bilirlər. Əlavə olaraq müştərilərimizdə SEO xidmətinin necə davam etdiyini və hansı task-ların yerinə yetirildiyini canlı şəkildə görüb rəy bildirə bilirlər. 

SEO layihələrinin idarəetməsi üçün ən yaxşı 5 xüsusiyyəti:

  • Siyahılar. 
  • Təqvim. 
  • Planlaşdırma və prioritetləşdirmə. 
  • Hesabat. 

Reytinq (avqust 2023): Capterra – 4.5/5, G2-4.3/5. 

Qiymətləndirmə: aylıq olaraq 10.99 ABŞ dollarından başlayır.

seo xidmeti, seo xidməti, seo agentliyi, reklam agentliyi, rəqəmsal marketinq

ClickUp

ClickUp SEO layihələrini idarə etmək və müştəri ilə online əlaqə saxlamaq üçün faydalı bir proqram olaraq bilinir. Ölkəmizdə də bir sıra şirkətlər tərəfindən aktiv şəkildə istifadə olunan bir tətbqdir. İstifadəçi yönümlü interfeysi daxilində ClickUp faydalı funksiyaları və imkanları təqdim edir. Bu da, layihə strategiyalarını effektiv şəkildə həyata keçirməyi və tapşırıqların davamlı nəzarətini təmin etməyi sürətləndirir.

Bu alət ilə SEO ekspertləri asanlıqla siyahılar, layihələr və tapşırıqlar yarada bilərlər. Onlar tapşırıqları müəyyənləşdirə, onları müəyyən komanda üzvlərinə təyin edə, müddətləri müəyyən edə, tapşırıq tamamlanma vaxtlarına nəzarət edə və prioritet səviyyələrini göstərmək üçün müxtəlif markerlərdən istifadə edə bilərlər. ClickUp ilə əməkdaşlıqda işin sürəti artır və hər ay sonunda sizə dəqiq bir hesabat təqdim edir. Eyni zamanda yaranan hər hansı bir problem zamanı müraciətə dərhal cavab verilir ki, bu da vaxtınıza qənaət etməyinizə kömək olur.

SEO layihələrinin idarəetməsi üçün ən yaxşı 5 xüsusiyyəti: 

  • Layihənin planlaşdırması. 
  • Tapşırıqların prioriteti. 
  • Təkrarlanan tapşırıqlar və xatirlatmalar. 
  • Sənədlərin idarəetməsi. 
  • Fayl əlavə edərək paylaşım. 

Reytinq (avqust 2023): Capterra – 4.7/5, G2-4.7/5. 

Qiymətləndirmə: aylıq olaraq ödənilən 10 ABŞ dollarından başlayır. 

seo xidməti, seo xidmeti, reklam agentliyi, marketinq agentliyi, marketinq xidməti

Airtable

Airtable, layihələrin mərhələlərini və tapşırıqların hansı ardıcıllıqla davam etdiyini izləməyiniz üçün 3D vizuallara mükəmmək bir interfeys təmin edir. Məlumatın təqdim edilməsinə dair sabit vəziyyəti təmin edir və layihənin iş axarını sürətləndirir. Bu SEO layihə idarəetmə proqramı sərbəst versiyasını birbaşa olaraq təqdim edir ki, bu da digər proqramlarda limitlənmiş özəlliklərin burda rahat şəkildə istifadəsini təmin edir.

Cədvəllər, qrafiklər və bir çox vizual hesabatı bu özəlliklərin sırasına daxil edə bilərik. Tətbiqdə sadə elektron cədvəllər yaratmaq da mümkündür. Layihə strategiyası və SEO xidməti üçün olan tapşırıqların qurulması və idarəedilməsindən əlavə olaraq, menecerlər və onların komandaları Airtable-ın köməyi ilə prosesi effektiv bir şəkildə izləyə bilərlər. 

Bundan başqa, istifadəçilər operativ effektivliyin artırılması üçün interfeysi özəlləşdirmə imkanına sahibdirlər. 

SEO layihələrinin idarəetməsi üçün ən yaxşı 5 xüsusiyyəti: 

  • Çoxsaylı layihə nümayişi. 
  • Vizual hesabat. 
  • İnvestisiya idarəetməsi. 
  • Kateqoriyalaşdırma. 
  • Təkmilləşdirilmiş avtomatlaşma. 

Reytinq (avqust 2023): Capterra – 4.7/5, G2-4.6/5. 

Qiymətləndirmə: aylıq olaraq ödənilən 10 ABŞ dollarından başlayır. 

marketinq agentliyi, reklam agentliyi, seo xidməti, seo xidmeti, smm xidməti

Teamwork

Teamwork, uzunmüddətli SEO strategiyalarını idarə etmək istəyən komandalar üçün kifayət qədər uyğundur. Alət, istifadəçilərinə istənilən iş axarını tənzimləmək, nəzarət etmək və tapşırıqları müəyyən etmək üçün istifadə olunur. SEO layihələri istifadəçilərə verilən alətlər ilə asanlıqla izlənə və nəzarət oluna bilir ki, bu da proqramı öz iş axarınıza uyğun tənzimləməyə imkan verir. Teamwork, bütün fəaliyyətlərin inkişafına nəzarət etmək və təkmilləşdirmək üçün komandaların obyektləri qurmalarına və idarə etmələrinə kömək edir. 

SEO layihələrinin idarəetməsi üçün ən yaxşı 5 xüsusiyyəti: 

  • Gantt cədvəli. 
  • Resurs təyinatı. 
  • Portfel idarəetmə. 
  • Faktura idarəetmə. 

Reytinq (avqust 2023): Capterra – 4.5/5, G2-4.4/5. 

Qiymətləndirmə: aylıq ödəniş 5.99 ABŞ dollarından başlayır. 

Bu məqalədə SEO xidmətimizdə işimizi sadələşdirən faydalı marketinq layihə idarəetmə proqramları ilə tanış oldunuz. Bu proqramlardan istifadə edərək siz də işinizi rahatlaşdıra bilərsiniz.