rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq

Rəqəmsal marketinq dünyasına yeni giriş etmisinizsə, xidmətlər arasında qala bilərsiniz, çünki marketinq sahəsində öyrəniləcək çox şey var.

Bəs rəqəmsal marketinqi əhatələyən əsas xidmətlər hansılardır? A-dan Z-yə bütün xidmətləri elə indi öyrənin.

Brendinq 

Brendinq həm iş sahibləri, həm də müştərilər üçün böyük əhəmiyyətə sahibdir. Bu xidmət müştərilərin sizin şirkətinizə etibar etməsini, məhsul və xidmətlərinizə marağı artırmasını təmin edir. Brendinq bir şirkətin identifikasiyasıdır və bu müştərilərlə qurulan əlaqəyə müsbət və ya mənfi təsir edə bilər.

Marka kimliyinizi yaratmaq üçün loqo dizaynı, rənglər, tipoqrafiya və sloqanı kimi bir çox element nəzərə almalıdır. Bu faktorlar müştərilərə markanızın kim olduğu və nəyi təklif etdiyi haqqında açıq bir fikir verir. Marka yaratma prosesi həm də şirkətinizin rəqabət gücünü artıra bilir.

Ən əhəmiyyətli nöqtə isə brendinqə komplekt yanaşmadır. Markanızın bütün elementləri – logo, rənglər, ton və stil bir-birini dəstəkləməlidir. Unutmayın ki, brendinq xidməti  müştərilərə sizin kim olduğunuzu, nə etdiyinizi və sizinlə nə üçün işləməli olduqlarını göstərən bir çərçivədir.

brendinq, branding, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


Dizayn

Rəqəmsal marketinq sahəsində qrafik və “motion” başda olmaqla, dizaynın rolu heç də kiçik deyil. 

Qrafik dizayn, başqa bir sözlə, loqolar, bannerlər, digər vizual elementlər müştərilərə ilk təsir yaratmaq, marka kimliyini qurmaq və işinizin xüsusiyyətlərini öyrətmək üçün ideal vasitələrdir.

Motion dizayn isə qrafikanı daha dinamik və diqqət cəlbedici hala gətirir. Video reklamlar, interaktiv prezentasiyalar və animasiya elementləri sayəsində, müştərilər üçün daha cəlbedici və təsirli bir təcrübə yaranır.

Əgər rəqəmsal marketinq strategiyanızda uğur qazanmaq istəyirsinizsə, dizaynını göz ardı etməməlisiniz. 

dizayn, design, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


Email marketinq

Email marketinq günümüzdə rəqəmsal marketinqin önəmli bir hissəsini təşkil edir. Bu xidmət müştərilərə doğrudan birbaşa elektron poçt yolu ilə məlumat, təklif və digər dəyərli məzmunlar göndərmək üçündür. E-poçt marketinqin əsas məqsədi müştərilərlə daimi  əlaqə qurmaqdır ki, bu da müştəri loyallığını artıra bilər.

Rəqəmsal marketinq strategiyasının bir qisminə çevrilməsi e-poçt marketinq xidmətlərinin müştərilərlə əlaqəni gücləndirməsinə və yeni müştərilər cəlb etməsinə imkan verir. Email marketinq  yalnız satışları artırmır, həm də müştərilərlə uzunmüddətli bir əlaqə qurur. 

email-marketinq, email-marketing, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


Growth Hacking

Growth Hacking şirkətlərin sürətli bir şəkildə böyüməsini təmin edən, novator və kreativ marketinq taktikalarını tətbiq etməyə fokuslanır. Bu xidmətlər konvensial marketinq metodlarından fərqli olaraq, ağıllı və optimallaşdırılmış strateji və taktikaları istifadə edir. Burada məqsəd mümkün qədər az resurs ilə mümkün qədər böyük təsir yaratmaqdır.

Startaplar və kiçik iş sahibləri üçün Growth Hacking xidmətləri xüsusi ilə dəyərlidir. Çünki onlar həm zaman, həm də pul baxımından məhdud resurslara sahibdir. Bu xidmətlər sayəsində, minimal investisiya ilə maksimal gəlir əldə etmək mümkündür.

Growth Hacking müştəri əldə etmək, dönüşü artırmaq və ümumi iş performansını təkmilləşdirmək üçün çoxsaylı kanallar və alətlər istifadə edir. Sosial media reklam kampaniyalarından, SEO optimizasiyasına, e-poçt marketinqindən, daxili optimizasiyaya və daha bir çox digər yanaşmalara kimi uzanır.

growth-hacking, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


İnfluenser marketinq

Rəqəmsal marketinq sahəsində influenser marketinq yeni bir fəlsəfə yaratmağa başlayıb. İnfluenserlar sosial mediada yüksək sayda izləyiciyə sahib şəxslərdir və onların fikirləri geniş kütlə tərəfindən təsirli hesab edilir. İnfluenser marketinqin əsas məqsədi markanızın tanıtılmasını və satışların artırılmasını təmin etməkdir.

Bu taktika markaların spesifik hədəf kütləyə çox daha səmimi və etibarlı şəkildə çata bilməsinə imkan verir. İnfluenserla izləyicilərinə təklif etdikləri məhsul vəya xidmətlər haqqında dürüst və etibarlı informasiya təqdim edərək markanın etibarını artıra bilirlər.

İnfluenser marketinq müştərilərə orqanik və etibarlı bir şəkildə çatmağa imkan verən rəqəmsal marketinq strategiyalarının ayrılmaz bir hissəsidir.

influenser-marketinq, influencer-marketing, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq



Kontent Marketinq 

Rəqəmsal marketinq sahəsinin əsas hissələrindən sayılan kontent marketinq rəqəmsal dünyada markanızın tanınması  üçün önəmli rol oynayır. O məzmunun yaradılması, təşviqi və paylaşılması prosesini idarə edir və müştərilərə dəyər yaradan təsirli informasiya təqdim edir.

Narahat olmayın, məzmun marketinqin avantajları burada bitmir. SEO ilə inteqrasiya  bu xidmətlərin bir digər böyük avantajıdır. Yüksək keyfiyyətli və SEO-optimizasiya edilmiş məzmun, veb-saytınızın axtarış motorlarındakı reytinqini artırır, bu da daha çox potensial müştəri çəkir.

content-marketing, kontent-marketinq, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


Ödənişli reklamlar

Ödənişli reklamlar, ya da PPC (Pay-Per-Click)  rəqəmsal marketinqin ən yayılmış və effektiv alətlərindən biridir. Bu xidmət şirkətlərin reklamlarını axtarış motorlarında və ya sosial media platformalarında yerləşdirməsinə imkan yaradır. Reklam klikləndikdə reklam sahibi müəyyən bir məbləğ ödəyir. Bu sistem iş sahiblərinin reklam xərclərinə daha çox nəzarət etmələrinə kömək olur, çünki yalnız potensial müştərilər reklama klik edir.

Rəqəmsal marketinq sahəsində ödənişli reklamların əhəmiyyəti böyükdür. Ona görə ki, yüksək hədəf doğruluğu və metrik imkanları təmin edir. Şirkətlər maraqları, demoqrafik məlumatlarıe və digər parametrləri nəzərə alaraq özlərinə lazım olan hədəf auditoriyanı seçə bilərlər.

PPC kampaniyaları həmçinin sürətlidir və tez nəticə verir. Bu markanızın görünürlüyünü tez bir zamanda artıra biləcək və işinizi böyütmək üçün daha çox fürsət yarada bilər.

pay-per-click. google, reklam, smm. sosial media marketinq, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq



Sosial Media Marketinq

Sosial Media Marketinq şirkətlərin sosial media platformalarında markalarını tanıtmağa, müştəri əlaqələrini gücləndirməyə və satışları artırmağa kömək edir. Sosial media reklamları ölkəmizdə mövcud olan ən təsirli  rəqəmsal marketinq komponentlərindən biridir. Facebook, Instagram, LinkedIn kimi platformalarda aparılan kampaniyalar, şirkətlərin öz hədəf kateqoriyalarına çox daha yaxşı çatmağını təmin edir.

SMM xidməti markaların hədəf auditoriyalarına daha dəqiq və fokuslu şəkildə çatmağını mümkün edir. Müştərilərə uyğun məzmun yaratma, interaktiv kampaniyalar keçirilmə və müştəri geridönüşü təmin etmə imkanları ilə bu xidmət şirkətlərin gəlirini artırır. 

Üstəlik, SMM tədbir planlaması, reklam kampaniyalarının təhlili, məzmun idarəetməsi və müştəri əlaqələrini idarə etmək üçün kompleks bir yanaşma təklif edir.

smm. sosial media marketinq, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


SEO

SEO (Axtarış Motoru Optimizasiyası)  rəqəmsal marketinqin böyük bir hissəsini təşkil edir. SEO xidməti veb-saytınızın axtarış motorlarında yüksək sıralamada göstərilməsini təmin etmək üçün bir sıra taktikalar və texnikaları istifadə edir. O sadəcə açar sözlər və link building kimi elementlərə məhdud deyil, həm də kontent, texniki və off-page optimizasiya kimi geniş bir sahəni əhatə edir.

Rəqəmsal marketinq strategiyanızın bir hissəsi kimi SEO, işinizin görünürlüyünü artıra, trafiki artıra bilər və orqanik müştəri potensialını aça bilər. Bu  bütün sektorlarda işlər üçün çox əhəmiyyətlidir, çünki artıq çox sayda insan məhsul və xidmətləri onlayn axtarır. Yüksək sıralamaya sahib bir veb-sayt daha çox klik və dönüş deməkdir.

seo, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


Web development

Web development rəqəmsal dünyada başqa heç bir şeyə bənzəməyən önəmli bir rola sahibdir. İşlərin internet üzərindən aparılması məqsədilə şirkətlər veb-saytların önəmini göz önündə saxlamalıdır. 

Web development dizayn, optimallaşdırma, veb-serverlər və təhlil alətləri ilə işləmək kimi bir çox elementləri əhatə edir. 

Yaxşı inkişaf etdirilmiş bir veb-sayt, müştərilər üçün asanlıqla naviqasiya edilə bilən, yüklənmə sürəti yaxşı və mobil cihazlara uyğun olur. Bunlar müştərilərin saytınıza marağı artırır və ziyarətçilərinizi potensial müştərilərə çevirmək şansı qazandırır. 

Nəticədə, veb-saytlar işinizin internet sahəsində uğur qazanmasında əsas faktorlardan biridir. 

veb-development, rəqəmsal-marketinq, rəqəmsal-marketinq-agentliyi, reqemsal-marketinq, digital-marketinq


Rəqəmsal marketinq sahəsində dəstəyə ehtiyacınız var?

Ondigital işinizin internet aləmində daha geniş bir izləyici kitləsi qazanmasına kömək edən geniş rəqəmsal marketinq xidmətləri təqdim edir. 

Bizim xidmətlərimizə SEO (Axtarış Motoru Optimallaşdırma), PPC (Pay Per Click) Reklamlar, sosial media marketinq, email marketinq, influenser marketinq və daha bir çox fərqli xidmətlər daxildir. 

Siz də Ondigital ilə əlaqə saxlayaraq, işinizin onlayn dünyada nə qədər böyüyə biləcəyini öyrənin.