Sosial Media Marketinq Nədir?
Günümüzdə sosial medianın həyatımızın bir hissəsinə çevrilməsi ilə birlikdə, Sosial Media Marketinq də reklam strategiyaları arasında ən önəmli yeri tutmağa başlamışdır.
Sosial Media Marketinq, yəni SMM xidməti bir markanın, şirkətin və ya müəssisənin sosial media platformalarında onun məhsul və xidmətlərinin reklamını aparmasını və müştəri ilə əlaqə qurmağını nəzərdə tutan onlayn reklam strategiyalarını ifadə edir.
Bu strategiyanın əsas məqsədi müştərilərlə interaktiv əlaqə yaratmaqdır. Sosial media platformaları sayəsində müştərilərlə birbaşa əlaqə qurulur, onların rəyləri və təklifləri dinlənir. Beləliklə, markalar müştəri tələblərinə daha tez və səmərəli cavab verə bilərlər.
Sosial Media Marketinqin bir digər böyük üstünlüyü isə hədəflənmiş auditoriyanı daha dəqiq seçmək və onlara uyğun reklam kampaniyaları yaratmaqdır. Facebook, Instagram, TikTok Twitter və digər sosial media platformaları istifadəçilərinin maraqlarına, yaşlarına, cinsiyyətlərinə və digər xüsusiyyətlərinə əsasən reklam göstərməyə imkan verir.
SMM xidməti Niyə Önəmlidir?
Azərbaycanda ölkə əhalisinin yarıdan çoxu – 50.7 faizi ən azı bir sosial media kanalından istifadə edir. Bu isə təxmini olaraq 5.2 milyona bərabərdir. 18 yaşdan yuxarı əhali nəzərdə tutulduqda isə bu faiz 73-ə qədər yüksəlir. Odur ki, hər istifadəçinin bir potensial müştəri olduğunu nəzərə alsaq, sosial şəbəkələrdə 5.2 milyon potensial alıcının toplandığını deyə bilərik.
Kəmiyyətdən başqa, marketinq inkişaf edir və bu dəyişikliklərlə birlikdə marketinq öz quruluşunu və taktikalarını yeniləyir. Hər ötən ilə baxanda, sosial media marketinqin əhəmiyyəti gündən-günə artıb. Bəs nədir bu Sosial Media Marketinq və onun köhnə marketinq metodlarından fərqi nədir?
Bir zamanlar marketinq, çap olunmuş reklam materialları, televiziya və radio reklamları ilə həyata keçirilirdi. Məsələn, bir şirkət yeni bir məhsul hazırlayanda bu məhsulu xalqın diqqətinə çatdırmaq üçün bir reklam kampaniyası təşkil edirdi və bu reklamı televiziyada nümayiş etdirirdi. Amma bu reklamın hansı qrupa nə qədər təsir etdiyini ölçmək mümkün deyildi.
Ancaq Sosial Media Marketinq də daxil olmaqla, ümumi rəqəmsal marketinqin inkişafı ilə bu tamamilə dəyişdi. İndi şirkətlər reklamlarını hədəflənmiş qruplar üçün hazırlayaraq doğrudan onların diqqətinə çatdıra bilərlər. Məsələn, bir şirkət gənc qadınlar üçün yeni bir parfüm hazırlasa, o şirkət bu reklamı yalnız müəyyən yaş aralığında olan qadınların profillərində göstərə bilər və bu sayədə reklam kampaniyasının təsirini daha da artıra bilər.
Sosial media marketinqin digər bir üstünlüyü isə interaktivliyidir. Müştərilər ilə doğrudan əlaqə qurmağa imkan verir, rəylərini, təkliflərini birbaşa bildirə bilir.
Ümumiləşdirsək, sosial media marketinq, müasir dünyada şirkətlərin hədəflənmiş auditoriya ilə daha təsirli və interaktiv şəkildə əlaqə qurmağını təmin edən çox önəmli bir vasitədir. Bu, köhnə marketinq metodlarından daha çox imkan və təsirli nəticələr təmin edir.
Əsas üstünlüklər nələrdir?
- Reklamlarla Xüsusi Auditoriyanı Hədəfləmək
Sosial Media Marketinq dünyanın marketinq metodlarını tamamilə dəyişdirib. Köhnə marketinq metodlarında şirkətlər bir reklam kampaniyası həyata keçirəndə bu reklamı geniş miqyasda nümayiş etdirirdi, buna baxmayaraq bu reklamın həqiqətən də hədəflənən auditoriyaya çatıb çatmadığına dair heç bir qarantiya yox idi.
Lakin müasir Sosial Media Marketinq alətləri ilə vəziyyə tamamilə dəyişib, artıq şirkətlər öz reklamlarını xüsusi bir auditoriya üçün hədəfləyə bilərlər. Məsələn, bir oyun şirkəti futbolla əlaqəli yeni bir mobil oyun hazırlasa, o, bu oyunun reklamını yalnız oyun oynayan, futbolla maraqlanan, digər məşhur idman və ya futbol tətbiqlərindən istifadə edən istifadəçilərin sosial media hesablarında nümayiş etdirə bilər.
Bunun əksi olaraq, təsəvvür edin ki, bu şirkət televiziya reklamı ilə həmin oyunun reklamını edir. Bu reklamın hər kəs tərəfindən görülməsi ehtimalı yüksəkdir – futbolla maraqlanan və maraqlanmayan, oyunlara maraq göstərən və ya göstərməyən, yaxid da yaşlılar, gənclər və s.
Bununla müqayisədə, sosial mediada həmin oyunun reklamını yalnız oyunlara maraq göstərən, futbolla maraqlanan və ya daha gənc istifadəçilərə nümayiş etdirə bilərsiniz.
- Tez və asan ölçüləbilən metriklər
Sosial Media Marketinqinin böyük avantajlarından biri də kampaniyanın nəticələrinin dəqiq və tez bir şəkildə ölçülə bilməsidir. Köhnə marketinq metodlarında, reklam kampaniyalarının effektivliyini ölçmək üçün uzun və mürəkkəb tədqiqatlar aparılmalı idi.
İndi bir şirkət reklam kampaniyasını başlatdıqdan sonra anında izləyə bilər. Neçə nəfər tərəfindən reklama baxılıb, reklama neçə dəfə klik olunub və bu kliklərin neçəsi satışa çevrilib kimi məlumatları da metriklərdə görə bilər.
Məsələn, bir ayaqqabı mağazası yeni bir modelin reklamını sosial mediada edir. Reklam kampaniyasının sonunda mağaza anında öyrənir ki, 1000 nəfər reklama klik edib və bu kliklərdən 50-si satışa çevrilib. Bu, 5 faizlik çevrilmə nisbətidir və bu nəticə kampaniyanın effektivliyi haqqında açıq bir təsvir təqdim edir.
Bu dəqiq ölçüm imkanı şirkətlərin kampaniyalarını tənzimləməyə, optimallaşdırmağa və daha səmərəli olmağa imkan verir. Köhnə marketinq metodları ilə müqayisədə, sosial media marketinq nəticələrinin dəqiq və tez bir şəkildə ölçülə bilməsi ilə fərqlənir, bu da onun effektivliyini artırır.
- Orqanik olaraq böyümə imkanı
SMM xidməti yalnız reklamlardan ibarət deyil. Davamlı, keyfiyyətli və hədəf kütləyə xitab edən reklamlar ilə qısa müddətə sosial şəbəkələrdə böyümək mümkündür.
Xüsusilə, TikTok və Instagramın video kontentlət üçün tətbiq etdiyi strategiyadan yararlanmaqla bu platformalar üzərindən orqanik olaraq, öz potensial müştərilərinizə çata bilərsiniz.
Orqanik məzmun yalnız insanların diqqətini çəkməklə qalmayıb, həm də SEO-nu (Axtarış Motoru Optimizasiyası) gücləndirir və sosial media platformalarında daha geniş bir bazar əhatəsi yaratmağa kömək edir.
- Müştərilərlə asan əlaqə imkanı
Müştəri əlaqələrinin qorunması və inkişaf etdirilməsi hər bir işin uğurunun əsas komponentidir. Sosial mediada bu münasibətləri qurmaq və möhkəmləndirmək üçün fürsətlər var.
Müştərilərinizin maraqlarına uyğun məzmun yaratmaq, rəylərə önəm vermək, müştərilləriniz üçün sosial media üzərindən təklif və kampaniyalar hazırlamaqla mövcud və potensial müştəri bazanızla daimi əlaqədə qala bilərsiniz.
- Digər potensial müştəriləri və bazarlara əlçatan olmaq
Sosial Media Marketinqin böyük bir avantajı onun qlobal ölçüdə baza xarakterinə sahib olmasıdır. Bu, şirkətlərin müxtəlif coğrafiyalar, mədəniyyətlər və demoqrafik qruplarla əlaqə qurmağa imkan tanıyır.
Sosial mediada məhsul və ya xidmətlərinizin reklamı biznesinizi yeni auditoriyaya təqdim edə bilər ki, bu da müştəri bazanızı artırmağa kömək edir.
Sosial Media Marketinqi üçün əsas kanallar
SMM xidmətinin artan mühüm rolunu nəzərə alsaq, reklamların efektiv yerləşdirilməsi üçün ən uyğun sosial media kanallarını bilmək vacibdir.
Facebook: Dünyanın ən böyük sosial şəbəkəsi kimi, Facebook geniş auditoriyaya sahibdir. Bu kanal müxtəlif yaş və demoqrafik qruplar üçün əla bir seçimdir. Reklam kampaniyalarını hədəfləmək üçün dərin tənzimləmə imkanları təklif edir, o cümlədən:
- Brend şüurunun artırılması,
- Veb-saytınıza trafik çəkilməsi,
- Biznesiniz üçün müştərilərlə əks-əlaqə,
- “Lead”lərin aparılması,
- Tətbiqinizi tanıtmaq
- Satış əldə etmək və gəlir əldə etmək Facebook-un əsas reklam üstünlükləridir.
Siz reklamınızı -Facebook-un müxtəlif yerlərində, o cümlədən “feed”, hekayələr, messenger və Marketplace-də görünməsini təyin edə bilərsiniz.
Instagram: Instagram reklam kampaniyaları aparmaq üçün ikinci ən populyar sosial media kanalıdır. Bu, biizneslərə Facebook ilə eyni reklam kampaniyası məqsədlərini təyin etməyə imkan verir.
Instagram-ın əsas fərqi ondan ibarətdir ki, o, daha vizuallı, göz oxşayan reklam təcrübələrinə üstünlük verir.
TikTok: Son illərdə populyarlığını artıran TikTok qısa video məzmununa fokuslanır. Markalar burada öz hekayələrini yaratmağa və geniş bir gənclər auditoriyasına çatmağa imkan tapırlar. Ancaq TikTok reklamları hazırda Azərbaycan üçün aktiv deyil.
X (Twitter): Bu kanalın xüsusiyyəti reklamların qısa və konkret olmasıdır. Reklam kampaniyalarını hədəfləmək üçün çoxsaylı seçimlər təklif edir, bu da markanızı düzgün kateqoriyadakı istifadəçilərə çatdırmağa kömək edir. Həmçinin, dövlət orqanlarının və rəsmi şəxslərin burada daha aktiv olması bəzi reklamların da burada aparılmasını labüd edir.
LinkedIn: Əsasən iş dünyası və peşəkarlar üçün olan bu platform, B2B reklamlar üçün ən yaxşı seçimdir. 950 milyon peşəkar insanı bir araya toplayan LinkedIn biznes, vəzifə və şirkət ölçüsü kimi spesifik kriteriyalar üzrə hədəfləmə imkanları təqdim edir.
Pinterest: Bu platform xüsusilə alış-veriş və fikir axtarışında olan istifadəçilər üçün çox faydalıdır. Eyni zamanda, Pinterest reklamları organik pinlər kimi görünür, bu da onların daha təbii və az dərəcədə təcrid olunmuş olmasına səbəb olur.
Snapchat: Əsasən gənclərə xitab edən bu platform, qısa müddətli video reklamları ilə tanınır. Günün hikayələri və sponsorlu lenslər kimi funksiyalar markalar üçün yaradıcı reklam imkanları təklif edir.
Sosial Media Marketinqindən necə düzgün istifadə etmək olar?
Bu əsas addımları izləməklə sosial media reklamına başlayın:
Məqsədlərinizi Aydınlaşdırın:
İlk addım kampaniyanızın məqsədini müəyyən etməkdir. Siz məhsul satışını artırmaq, marka şüurluğunu artırmaq, yaxud yeni müştərilər cəlb etmək istəyirsinizsə, hər bir məqsəd üçün müxtəlif yanaşmalara ehtiyacınız olacaq
Hədəf Auditoriyanı Tanıyın:
Məzmununuzu hansı platformalarda paylaşacağınızı müəyyən etmək çox vacibdir. Sizin işiniz üçün hansı sosial kanalların istifadə edilməsi barədə düzgün və ya səhv bir cavab yoxdur – burada əsas məsələ hədəf auditoriyanızın ehtiyacları və onların öz vaxtlarını harada keçirdikləri ilə bağlıdır.
Yəni, potensial müştərilərinizin bu gün harada – hansı sosial şəbəkədə olduğunu bilmək vacibdir.
Keyfiyylətli məzmun və dizayn təqdim edin:
Sosial Mediada uğurun sirri yaxşı məzmun və onun yaxşı təqdim olunması ilə başlayır.
Bütün imkanlardan istifadə etməyə çalışın:
İstər orqanik trafikdən, istərsə də reklamlardan istifadə etməyə çalışın.
Yardım alın
Sosial Media Marketinq nə qədər sadə görünsə də, özündə mürəkkəblikləri birləşdirir.
Xüsusilə, SMM xidmətindən maksimum yararlanmaq istəyən, daha böyük büdcə sərf edən bizneslər mütləq peşəkar dəstəyinə ehtiyac duyur.
Siz də artıq sosial mediadan daha çok fayda götürmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.