
Canonical tag (rel=”canonical”) axtarış sistemlərinə bir məzmunun əsas, üstün tutulmalı versiyasının hansı URL olduğunu bildirən işarədir. Bu etiket dublikat və oxşar səhifələrin SEO siqnallarını tək bir URL-də birləşdirərək indekslənmə və sıralanma problemlərinin qarşısını alır.
Veb-saytlarda çox vaxt eyni və ya oxşar məzmun bir neçə URL-də görsənə bilər. Google bu zaman hansı səhifəni “əsas versiya” kimi qəbul etməli olduğunu anlamaya bilər. Burada köməyə canonical link gəlir. Canonical link vasitəsilə dublikat məzmun problemləri azalır, səhifələrin indekslənməsi daha stabil olur və SEO performansı yüksəlir.
Canonical Tag necə işləyir?
Canonical tag HTML-də <link rel=”canonical” href=”URL”> formatında yerləşdirilir və Google-a göstərir ki, həmin səhifə digər oxşar səhifələrə nisbətən üstünlük verilməlidir.
Canonical link axtarış sistemlərinin çoxsaylı URL-lərdən siqnal toplamasının qarşısını alır və bütün siqnalları (backlink, CTR, authority və s.) əsas URL-də birləşdirir.
Mənbə linki.

Canonical Tag nə zaman istifadə edilir?
1. Öz-özünə canonical (self-referencing canonical)
Hər səhifə özünün URL-ni canonical kimi göstərir.
Bu, Google-a həmin səhifənin stabil versiyasını bildirir və səhifə strukturunu daha sağlam edir.
Məsələn:
<link rel=”canonical” href=”https://ondigital.az/xidmetler/seo-xidmeti/”>
Bu praktika Google tərəfindən tövsiyə edilir.
2. Oxşar məzmun olan səhifələrdə canonical
Saytda eyni mövzunu izah edən iki fərqli URL varsa, biri əsas olaraq seçilməlidir.
Misal:
- /seo-xidmeti
- /seo-xidmeti?ref=instagram
- /seo-xidmeti/?utm_source=google
Bu halda əsas URL canonical olaraq seçilir, qalanları ona yönəldilir.
3. Dublikat (duplicate) səhifələrdə canonical link
E-commerce saytlarında olan məhsul variantları buna vacib nümunədir:
Misal:
- /paltar?color=red
- /paltar?color=blue
- /paltar?color=black
Bu variantlar eyni məhsulun duplikatıdır. Əsas məhsul səhifəsi canonical kimi göstərilməlidir:
<link rel=”canonical” href=”https://site.az/paltar/”>
Bu qayda Google-un rəsmi sənədində də xüsusi vurğulanır:
dublikat URL-ləri canonical ilə konsolidasiya edin.

Canonical Tag SEO-ya necə təsir edir?
Canonical düzgün istifadə edildikdə Seo-ya təsiri aşağıda qeyd edilib.
• Dublikat məzmun problemi aradan qalxır.
• Bütün SEO siqnalları (backlinks, authority, kliklər) tək URL-də toplanır.
• Google səhifələri düzgün indeksləyir.
• Crawl budget israf olunmur.
• SERP-də daha stabil mövqe əldə olunur.
Yanlış istifadə edildikdə isə:
• Google səhifəni indeksləməyə bilər.
• Yanlış canonical olan səhifə sıralamadan düşə bilər.
• Crawl budget boşuna sərf oluna bilər.
Canonical Tag necə yoxlanılır?
1. Saytın kodunda
Səhifəni aç → CTRL+U → canonical axtar.
Doğru URL görünürsə, problem yoxdur.
2. Screaming Frog ilə
• Mode: Spider
• Crawl et
• “Canonicals” bölməsinə keç
Buradan:
– self canonical var?
– canonical-lar düzgün URL-ə işarə edir?
– əks canonical problemi var? (A → B, B → A)
hamısını rahat şəkildə görmək olur.
3. Google Search Console → URL Inspection
Burada Google-ın gördüyü “canonical chosen by Google” və “user-declared canonical” müqayisə edilir.
Fərq varsa — səhv var.
Canonical Tag ilə ən çox rast gəlinən səhvlər
• Rel=”canonical” səhv URL-ə yönləndirir.
• 404 səhifəsinə canonical vermək.
• Nofollow / Noinex ilə birlikdə yanlış tətbiq.
• Hər səhifənin eyni canonical URL-ə yönləndirilməsi.
• Pagination səhifələrində yanlış canonical.
Bu səhvlər səhifənin ümumiyyətlə indekslənməməsinə səbəb ola bilər.
Canonical Tag üçün ən yaxşı praktikalar:
• Hər səhifə self-canonical istifadə etməlidir.
• Dublikat səhifələr mütləq canonical ilə birləşdirilməlidir.
• Canonical URL tam formada olmalıdır.
• HTTPS versiya həmişə canonical kimi seçilməlidir.
• Hreflang ilə birlikdə istifadə olunursa, canonical düzgün qurulmalıdır.
• Canonical bir səhifəni göstərirsə, həmin səhifədə də self-canonical olmalıdır.
Google-un tövsiyəsi:
Canonical yalnız siqnal xarakteri daşıyır, Google bəzən başqa səhifəni də əsas saya bilər. Ona görə səhifələrin strukturunda ardıcıllıq olmalıdır.
Nəticə
Canonical tag — SEO-nun çox önəmli texniki elementlərindən biridir. Doğru tətbiq olunduqda saytın indekslənməsi, sıralaması və ümumi axtarış performansı güclənir. Yanlış tətbiq olunduqda isə Google səhifələrinizi tanımaya, indeksləməyə və ya dublikat kimi qəbul edə bilər.
Bu mövzuda texniki audit və düzəlişlər tələb olunursa, OnDigital komandası olaraq dəqiq analiz və tətbiq ilə kömək edə bilərik.
Rəqəmsal dünyada doğru strategiya uğurun açarıdır. OnDigital agentliyi olaraq biz, bizneslərin inkişafını təmin edən peşəkar marketinq xidmətləri təqdim edirik.