affiliiate marketing, affiliiate marketing nədir, affiliiate marketing üstünlükləri

Affiliate marketing, şirkətin məhsul və ya xidmətlərini tanıdaraq satış gətirən tərəfdaşın hər nəticə üçün komissiya qazandığı performans əsaslı marketinq modelidir. Affiliate marketing son illər rəqəmsal dünyanın ən sürətli böyüyən gəlir modellərindən birinə çevrilib. Bu modeldə siz məhsulu özünüz istehsal etmirsiniz, xidmət göstərmirsiniz və məhsullar üçün anbarınız yoxdur. Bir şirkətin satdığı məhsulu və ya xidməti tanıdırsınız və satış baş verdikdə komissiya qazanırsınız. Düz qurulduqda həm bizneslər, həm də affiliate tərəfdaşlar üçün qarşılıqlı faydalı və davamlı qazanc modelinə çevrilir.

Qısaca Affiliate marketingdə şirkət sizi satışa yönləndirən ortaq kimi qəbul edir və hər uğurlu satış üçün sizə pul ödəyir. 

Affiliate marketing necə işləyir?

Affiliate marketing dörd əsas iştirakçı üzərində qurulur:

  1. Satıcı / Şirkət (Advertiser) – məhsulu istehsal edən və ya xidməti satan tərəf.
  2. Affiliate tərəfdaş (Publisher) – məhsulu tanıdan şəxs və ya platforma.
  3. İstinad linki (Affiliate link) – sizin üçün unikal yaradılan izləmə linkidir.
  4. İstifadəçi – linkdən keçərək alış edən şəxs.

Proses aşağıdakı formada işləyir:

– Siz şirkətin affiliate proqramına qoşulursunuz.
– Sizə xüsusi izləmə linki verilir.
– Siz məhsulu müxtəlif platformalarda reklam edirsiniz: Instagram, TikTok, YouTube, blog, Telegram kanalı, e-mail newsletter və s.
– Kiminsə sizin linkə klikləyib məhsulu alması nəticəsində şirkət sizə komissiya ödəyir.

Şirkət bu satışları cookie-lər, piksel izləmə, link tracking və s. Ilə izləyir. Nəticədə hər satış dəqiq olaraq sizin üzərinizdən gəldiyi üçün komissiya itmir.

Affiliate marketing hansı sahələrdə daha çox işləyir?

Affiliate marketing xüsusilə rəqəmsal və e-commerce sektorlarında daha effektivdir. Bu gün dünya üzrə ən çox komissiya gətirən məhsul kateqoriyaları bunlardır:

– Texnoloji məhsullar (laptop, kamera, smartfon)
– SaaS xidmətləri (SEO alətləri, CRM sistemlər, dizayn proqramları)
– Səyahət və bilet satışı
– Fashion & Beauty brendləri
– Təhsil və onlayn kurs platformaları
– Sağlamlıq və fitness məhsulları
– Ev və dekorasiya məhsulları
– Kriptovalyuta və fintek platformaları

Affiliate marketing nümunələri nələrdir?

1. Amazon Affiliate

Amazon Affiliate, affiliate marketing

Amazon dünyanın ən böyük affiliate platformalarından biridir. Milyonlarla insan sadəcə məhsul linkini paylaşaraq pul qazanır. Komissiya kateqoriyadan asılı olaraq 1%-dən 12%-ə qədər dəyişir.

Məsələn:
Siz 1200 manatlıq noutbuk üçün 4% komissiya alsanız, bir satışdan 48 AZN qazanc deməkdir. Gündə 3 belə satış 144 AZN, ayda 4320 AZN edir.

2. Airbnb Referral

airbnb, affiliate marketing

Airbnb istifadəçilərə travel referal sistemi təqdim edirdi. Bir nəfəri dəvət etdikdə sizə 20–40$ dəyərində kredit verilirdi.

3. Hosting şirkətləri

hosting, affiliate marketing

Hostinger, Bluehost, GoDaddy kimi şirkətlər 60–120$ komissiya ödəyir. Bir blogger ayda sadəcə 10 nəfəri yönləndirərək 1000$-dan çox qazana bilir.

4. Canva Affiliate

canva affiliate , affiliate marketing

Canva Pro satışı üçün bir istifadəçidən 36–50$ arası komissiya ödəyir. Dizayn bloqları üçün ən gəlirli sistemlərdən biridir.

5. SEO və Analitika alətləri

seo, affiliate marketing

SEMrush, Ahrefs, Mangools kimi şirkətlər aylıq abunə üçün 30%-dən 50%-ə qədər komissiya verir. Bir istifadəçi 2 il abunədə qalırsa, siz davamlı gəlir qazanırsınız. Bu, “passive income” anlayışına ən uyğun nümunələrdən biridir.

Affiliate marketingə necə başlamaq olar?

1. Niş seçin

Niş seçmək bu prosesin önəmli hissəsidir. İnsanların həqiqətən məlumat axtardığı və alış etməyə hazır olduğu sahəni seçin:

– Texnologiya
– Parenting və uşaq məhsulları
– Təhsil və kurslar
– Əmlak və maliyyə
– Fashion və beauty
– Fitness və sağlamlıq
– Səyahət

Niş seçmək həm SEO, həm də kontent strategiyasını aydınlaşdırır.

2. Platforma yaradın

Affiliate marketingi 3 əsas platforma üzərində edə bilərsiniz:

1.Blog (SEO ilə sabit gəlir):
Məsələn:
“Ən yaxşı ucuz noutbuklar 2025”,
“Azərbaycan üçün ən yaxşı hosting” və s.

2.Sosial media:
Instagram Reels, TikTok videoları, YouTube Shorts.

3.E-mail newsletter:
Dünyada ən çox satış email üzərindən gəlir. Səbəbi isə klik edən insanların artıq  sizə güvənən auditoriya olmasıdır. 

3. Affiliate proqramına qoşulun

Dünyada ən çox istifadə edilən proqramlar aşağıda qeyd edilib:

– Amazon Associates
– Awin
– Impact
– ShareASale
– Hostinger Affiliate
– Canva Affiliate
– Coursera / Udemy Affiliate
– AliExpress Affiliate
– ClickBank
– Digistore24

Azərbaycan bazarında isə xüsusilə e-commerce şirkətləri ilə birbaşa əməkdaşlıq etmək mümkündür (misal: butiklər, elektronika mağazaları, kurs mərkəzləri və s.).

4. SEO optimize kontent yaradın

SEO bu sahədə böyük əhəmiyyət kəsb edir. Açar sözlər düzgün yerləşdirilməlidir. Məsələn, “affiliate marketing nədir” açar sözü bu məqalənin əsas fokusudur.

Kontent növləri:

– Məhsul rəyləri
– “Ən yaxşılar” formatı (best listicles)
– Qısa müqayisələr
– Addım-addım təlimatlar
– Sual-cavab formatında məqalələr

Hər biri Google-da yüksək CTR gətirir.

5. Trafik və klikləri artırın

Affiliate gəliri tam olaraq trafikin həcminə bağlıdır. Trafiki artırmağın ən effektiv yolları:

– SEO optimallaşdırması
– TikTok / Instagram Reels
– Pinterest kontenti
– LinkedIn yazıları (xüsusən SaaS üçün)
– YouTube review videoları
– E-mail siyahısı

Affiliate marketingin üstünlükləri

Affiliate marketingin populyarlaşmasının əsas səbəbi çox vaxt sərf etmədən gəlir gətirməsidir.

1. Başlamaq ödənişsizdir- Heç bir investisiya lazım deyil. Əsas sərmayə zaman və kontentdir.

2. Passiv gəlir yaradır – Bir dəfə yazdığınız məqalə illərlə pul qazana bilər.

3. Risk yoxdur -Məhsulu siz almırsınız, anbarda saxlamırsınız, risk etmirsiniz.

4. Ölçülə bilən sistemdir – Click, conversion, CPC, EPC hər şey rəqəmlərlə ölçülür.

5. Dünyanın istənilən yerindən işləmək olur – Sadəcə laptop və internet kifayətdir.

6. Limit yoxdur – Bir blog ayda 200 AZN qazana bilər, biri 20,000 AZN. Yuxarı limit yoxdur.

Affiliate marketingin çatışmazlıqları

1. Sürətli qazanc yoxdur – Bu model səbir tələb edir, çünki SEO və kontent 2-3 ayda nəticə verir.

2. Güclü rəqabət var – Xüsusilə “technology review” və “hosting” kimi nişlərdə rəqabət yüksəkdir.

3. Platforma dəyişiklikləri – Amazon komissiyanı azalda bilər, şirkətlər proqramı dayandıra bilər. Bu işdə fərqli proqramlara bölüşdürmə vacibdir.

4. Trafikə bağlıdır – Trafik yoxdursa qazanc da yoxdur.

Nəticə

Affiliate marketing düzgün qurulduğu halda passiv gəlir mənbəyinə çevrilə bilən, tamamilə rəqəmsal bir biznes modelidir. Sıfır investisiya ilə başlanır, yalnız kontent, SEO və platforma seçimi tələb edir. İlk aylarda qazanc aşağı ola bilər, amma mütəmadi kontent istehsalı, açar söz strategiyası və düzgün proqram seçimi ilə gəlir artaraq davamlı olur.

Bu sahədə ən vacib qayda sabitlikdir. Bir neçə ay ərzində dayanmadan maraqlı kontent yaradan hər kəs nəticə görə bilir.

Rəqəmsal dünyada uğur qazanmaq üçün təkcə Meta piksel deyil, doğru strategiya da vacibdir. Ondigital Agency olaraq biz SEOMeta Ads, Google Ads və SMM xidmətləri ilə brendinizi inkişaf etdirməyə hazırıq.