ondigital

2008-ci ildən fəaliyyət göstərən “Manitobah” bütün yaş və cins kateqoriyaları üçün orijinal qış çəkmələri istehsal edən şirkətdir. Kanadanın, eləcə də Şimali Amerikanın ən sürətlə böyüyən şirkətlərindən biri olan “Manitobah”  uğuruna və sürətli böyüməsinə baxmayaraq, öz köklərinə bağlı olaraq qalır və auditoriyasına dəyər qatan yerli dizaynlı məhsullar təqdim etməyə davam edir.

Ondigital və Manitobah Arasında Sıx Əməkdaşlıq

“Ondigital” və “Manitobah” arasında əməkdaşlıq SEO, SEM və Web Development üzərində qurulmuşdur.

Web Development: “Manitobah” üçün hazırladığımız veb sayt, onların mədəniyyətini, ənənələrini və məhsullarını təsvir edir. Bu sayt e-ticarət saytları üçün uyğun istifadəçi təcrübəsi və dizaynı özündə birləşdirir.

SEO (Search Engine Optimization): Brendin  axtarış motorlarında üst pillələrdə yer almasını təmin etmək üçün axtarış motoru optimallaşdırma taktikalarını tətbiq edirik. Bu isə şirkətin daha çox müştəri cəlb etməsinə və onların etibarını artırmağa kömək edir.

SEM (Search Engine Marketing): Ödənişli reklam kampaniyaları ilə potensial müştərilərin qarşısına çıxmaq e-ticarətlər üçün əvəzsiz vasitədir. “Manitobah”la əməkdaşlığımız həm də ödənişli reklamları əhatə edir.

Bu brend ilə əməkdaşlığımızın məqsədi, onların rəqəmsal varlığını maksimuma çatdırmaq, onlayn trafiklərini artırmaq və şirkətin tanınmağını təmin etməkdir. Ondigital olaraq biz hər zaman müştərilərimiz üçün ən yaxşı nəticələri əldə etmək üçün sınaqdan keçirir və onların iş məqsədlərinə nail olmağa kömək edirik.