ondigital

1985-ci ildə kiçik ailə biznesi kimi əsası qoyulan “Beltran” bu gün sitrus meyvələri sektorunda ən müasir və innovativ şirkətlərdən biridir. Brendin öhdəliyi yalnız becərmə və məhsul yığımı yox, sitrus meyvələrinin daha çox məhsul, daha yaxşı dad və ya keyfiyyət əldə etmək üçün müxtəlif sortların təkmilləşdirilməsi istiqamətində araşdırma və tətqiqatlarını da əhatə edir.

Ondigital və Beltran Arasında Əməkdaşlıq

Bizim “Beltran” ilə əməkdaşlığımız üç əsas rəqəmsal xidmətə əsaslanır.

Web Development: Beltran üçün veb saytın inkişafı onların rəqəmsal varlığını gücləndirmək üçün ilk mərhələdir. Biz şirkətin təklif etdiyi xidmətləri və məhsulları təqdim etmək üçün müasir, istifadəçi yönümlü və təhlükəsiz veb-sayt yaratmışıq. Sayt müştərilərin brendi ilə asanlıqla interaktiv əlaqə qurmağını və onların təklif etdiyi xidmətlər haqqında ətraflı məlumat əldə etmələrini təmin edir.

SEO (Search Engine Optimization): Ös sektorunda və təqdim etdiyi xidmətlər barədə lokal axtarışlarda ilk pillələrdə gəlmək istənilən şirkət üçün vacibdir. “Beltran” üçün gördüyümüz SEO işləri axtarış motorlarında onları üst pillələrə daşıyıb.

SEM (Search Engine Marketing): Onlayn reklam kampaniyaları hədəflənən auditoriyanı daha sürətli və effektiv bir şəkildə cəlb etməyə kömək edən əsas xidmətlərimizdən biridir.

Beltran ilə əməkdaşlığımız onlayn trafiklərini artırmaq və şirkətin fəaliyyət göstərdiyi ölkələrdə tanınmağını təmin etmək və satışlarını artırmaqdan ibarətdir.